azia.az
azia.az

"500 manat rüşvət ücün maşınımı girov saxlayırlar"

12-11-2019, 12:06

"500 manat rüşvət ücün maşınımı girov saxlayırlar"
YP-nin intizamsızlığa qarşı mübarizəsini birmənalı olaraq alqışlayırıq. Amma bu fəaliyyət qanunvericiliyin bütün normalarına ideal uyğun olmalıdır. Qanunun nümayişkaranə şəkildə pozulması ilə həyata keçirilən istənilən fəaliyyət ən ülvi məqsədlərə yönəlsə də, arzulanan deyil. Çünki belə halda həmin fəaliyyəti həyata keçirənin peşəkarlığı şübhə altına alınır, bütövlükdə DYP-nin nüfuzuna xələl gəlir. Buna görə qanunlara yüksək dərəcədə riayət edilməli, DYP-nin peşakarlığı, ədalətliliyi, obyektivliyi nümayiş etdirilməli, hər kəsdə bu işlərin yol hərəkəti təhlükəsizliyinə yönəlmiş olduğu inamı formalaşdırılmalıdır. LAKİN...
BİA.az-a mürüciət edən Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov 28/3 ünvanında yaşayan Seyidov Yavər Fehruz oğlu (Əlaqə telefonu: 055 809-49-47) bildirir ki, 22.09.2019-cu il tarixində gecə saat 00:00 radələrində Xətai rayonu Rəşid Bağırov küçəsi 28/3 ünvanından, evinin qarşısından 99-YP-457 nömrəli avtopatrulda xidmət aparan YPX əməkdaşları heç bir əsas olmadan ona məxsus olan 10-OG-945 dövlət qeydiyyat nömrə nişanlı "Mersedes Benz" E200 markalı avtomobilini evakuator vasitəsi ilə duracağa aparmışlar: "Növbəti gün mən “902” qaynar xəttinə müraciət etdim. Mənə bildirdilər ki, Bakı şəhəri BDYPİ-də 19 nömrəli otağa yaxınlaşım. Həmin otaqda işləyən YPX inspektoru hal-hazırda əlində video görüntü olmadığını əsas gətirərək mənə 2 gündən sonra yenidən gəlməyimi bildirdi. 2 gündən sonra 19 nömrəli otağa yenidən yaxınlaşdım və həmin YPX inspektoru mənə bildirdi ki, siz avtoxuliqanlıq və polisə tabe olmama maddəsi ilə təqsirli hesab olunursuz. Video götüntü tələb etdikdə isə heç bir görüntü olmadığını bildirdilər. Hətta 99-YP-457 nömrəli avtopatrolun üzərinə quraşdırılmış video müşahidə cihazından çəkilmiş video görüntüləri tələb etsəm də birmənalı şəkildə həmin video görüntüləri mənə göstərməkdən imtina etdilər.

Bakı şəhəri BDYPİ-də 19 nömrəli otaqda xidmət aparan YPX inspektoru “Bu işi başqasına 1000 (min) manata həll edirəm, sən 500 (beş yüz) manat ver yoluna qoyaq” deyərək bildirdi. Maşınımın hansı əsasla duracağa aparıldığını soruşduqda isə heç bir əsas gətirmədən məni otaqdan çölə çıxartdılar. (Məndə YPX inspektoru ilə aramızda olan həmin söhbətin səs yazısı var). Bu barədə 102 qaynar xəttinə dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir tədbir görülməyib. Düz 19 gündür ki, məni sözün həqiqi mənasında şantaj edərək 500 manat rüşvət istəyərək maşınımı qanunsuz olaraq girov saxlamaqdadırlar. Sizdən xahiş edirəm ki, bu hadisənin düzgün araşdırılmasına və qanuni tədbir görülməsinə köməklik göstərəsiniz".

QEYD:istinad olunan mənbə bu linkdir:My Webpage

NÖVBƏTİ SAYIMIZDA ŞİKAYƏTCİNİN GÖSTƏRDİYİ FAKTLARI GENİŞ ŞƏKİLDƏ ARAŞDIRARAQ NƏZƏRİNİZƏ CATDIRACAGIQ. BİZİ İZLƏYİN!

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
http://azerinfo.tv


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi