Azia.az sayıtının redaksiyasnın elektron poçt ünvanına Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi yeni məhəllə ünvanında yaşayan Rzayev Ehtiram Xudaş oğlu tərəfindən müraciət daxil olmuşdur. 12 avqust 2016-cı il tarixində bir neçə nəfər tərəfindən dələduzluqla qarşılaşmışdır.Məlumat üçün nəzərinizə çatdıraq ki şikayətçi Ehtiram Rzayevin sözlərinə görə, o, avtomobil almaq məqsədilə, ərizədə qeyd etdiyi kimi, adı çəkilən dələduzlara yəni Anar, Eldar, Kamilə tələb olunan lazımi məbləği ödəsə də sonda müxtəlif bəhanələr gətirilərək avtomobili əlindən alınmış və nəticədə həmin şəxslər tərəfindən aldadılmışdır. Ehtiram Rzayev ona qarşı dələduzluq edənlər barədə Daxili İşlər Nazirliyinin və müvafiq dövlət orqanlarının ciddi tədbir görməsini xahiş edir. Müraciəti olduğu kimi dərc edirik.
”Bildirirəm ki, 12 avqust 2016- ci il tarixdə özümə avtomobil almaq məqsədilə Sumqayıt maşın bazarına getdim.Qiymətini razılaşdırmaqla, Anar adlı “makler”in vasitəsilə 3500 manata Mersedes markalı 90- UE- 383 dövlət nömrə nişanlı , boz rəngli maşın aldım. Həmin gün Memar Əcəmi metro stansiyasının yaxınlığında yerləşən notariat kontorunda notariat qaydada Anara 1700 manat verdim, maşının sahibi mənə bir aylıq etibarnamə verdi və razılaşdıq ki, qalan pulu bir ay ərzində ödəyəcəyəm.
2 həftə sonra Anara 1000 manat da verdim .2016-ci il sentyabr ayının əvvəlində Anar mənə zəng etdi və bildirdi ki, bu gün 800 manat ödənilməlidir, ödənilməsə sabah borcum olacaq, 1500 manat. Bunun səbəbini soruşanda ,Anar mənə dedi ki, Kamil adlı şəxs maşının pulunu ödəyibdir və belə istəyir.Mən narazlığımı bildirdim , maşını alanda belə şərtin olmamasını söylədim və maşından imtina ederək, verdiyim pulu geri istədim. Anar mənim pulumu ödəmək üçün maşını satacağını dedi . Mən aldığım avtomobili etibarnaməmilə birlikdə Anara verdim.
O biri günü Anar şəriki Eldarla birlikdə maşınımı bazara çıxartdı . Mən də bazara gəldim ki, maşın satılanda pulumu ala bildim . Anar mənə dedi ki, maşının yanında durmayım maneçilik törətməyim.Kamil də Anarın sözü ilə mobil telefonuma zeng etdi və maşından aralanmağımı tələb etdi. Mən onların təsiri altında maşından aralandım, bazarı gəzdim, geri qayıdanda gördüm ki, maşınım yoxdur. Anara zəng vurdum, telfonu cavab vermədi. Eldar telfonla mənə cavab verdi ki, bazarın qabağındayam. Anar maşını alanla getdilər.O biri günü Eldar mənə dedi ki , həmin günü Anar maşını sata bilməyib.Üç gün Anar telefon zənglərimə cavab vermədi. 4 - günü telefonu açdı , maşının satılmadığını , Kamildə olduğunu söylədi .Kamil isə avtomobilin Saray qəsəbəsində saxlanıldığını, satılmadığını telefonla mənə dedi Mən hiss edim ki, Anar, Eldar və Kamil üçü də məni aldadır .Notariat kontorda işləyən tanışım vasitəsilə öyrəndim ki ,maşınım elə həmin gün satılıb , alan isə Bərdənin Əylicə kəndində yaşayan Almuradov Zeynal Əli oğludur.Əlaqələrim vasitəsilə Zeynalın mobil telefon nömrəsini öyrəndim , Zeynal mənə 05 sentyabr 2016-ci il tarixdə maşını nəğd pula , 3650 manata aldığını, pulu həmin günü Əylicə kəndində Eldara verdiyini, Eldarın da pulu alıb, Anara verdiyini dedi .
İki gün sonra özümü xəbərsiz göstərərək , Kamil və Anarla Sumqayıtda çayxanada görüşdüm. Kamil maşını 7000 manata Gəncəyə kreditə satdığını , ilkin olaraq 800 manat aldığını söylədi. Mən onların maşını Bərdəyə satdığını bildiyimi söyləyəndə, ikisi də əsəbiləşdi .Kamil vəziyyətdən çıxmaq üçün məndən 4 gün vaxt istədi, ona bir maşın verəcəklərini , həmin maşını mənə verəcəyinə söz verdi. Sonradan Kamil telefon zənglərimə cavab vermədi .Uzun müddət Anardan pulumu istəyəndən sonra təxminən 1 ay sonra Bakıda 7 -ci mikrorayondan qoşa zapravkanın yanında, Anar mənə 1000 manatı verdi. Qalan 1700 manatımı, bu günə kimi Anardan ala bilmirəm.Eldar mənə borcu olmadığını bildirir.Kamil isə telefon zənglərimə cavab vermir.
Başıma gələn bu hadisələri düşünərək, açıq aşkar anlayıram ki, bu üç ay ərzində pulumu ələ keçirərək, mənə qarşı dələduzluqluq edən bu işləri təşkil edən Anardır. Məhz, Anarın tapşırığı ilə Kamil məndən 800 manat artıq pul istədi ki ,mən maşından imtina edim, sonradan isə maşınımı satıb, pulumu ələ keçirsinlər. Eldar da Anarın təsiri altında lazım olan hərəkətləri edirdi.
Anar , Kamil və Eldar adlı şəxslər barəsində Bakı şəhəri , Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinə şikayət ərizəsilə müraciət etmişəm. Ərizəm baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər polis idarəsinin , 4-cü Polis Bölməsinə göndərilmişdir. Anar təhqiqatçı Sahib müəllim tərəfindən çağırılmışdır. İzahat verərkən, Anar mənə 1700 manat yox ,500 manat borclu olduğunu bildirmişdir. Heç həmin pulu da Anar vermək istəmir, çünki kasıb və imkansız olduğuma görə, onun qarşısında aciz qaldığımı başa düşmüşdür. Polis əməkdaşları isə onun barəsində heç bir təsirli tədbir görə bilmirlər.
Baxmayaraq ki ,Anar, Kamil və Eldarla birgə mənə qarşı dələduzluq edərək, axırıncı pullarımı əlimdən alıblar. Hal-hazırda heç nə olmamış , kimi azdlıqda gəzirlər, polis orqanları isə onlar barəsində heç bir tədbir görmürlər.
Xahiş edirəm , Anar, Kamil və Eldar adlı şəxslər barəsində qanuna müvafiq tədbirlər görülsün.”
Ehtiram Rzayev bildirir ki, Sumqayıt Polis idarəsinin 4-cü polis bölməsi dələduzları himayə edir
P.S. Azia. az redaksiyası olaraq, Ehtiram Rzayevin bu müraciətini tədbir görülməsi üçün Daxili İşlər Naziri cənab Ramil Usubova , Baş Prokuror cənab Zakir Qaralova ünvanlayırıq.
Aybəniz Abdulova.