azia.az
azia.az

Bakıda I sinfə elektron qəbulla bağlı problem yaranıb

16-03-2017, 15:36

Bakıda I sinfə elektron qəbulla bağlı problem yaranıb


Yenilik problem yaradır

Martın 15-dən etibarən Bakıda 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbuluna başlanıb. Bir sıra yeniliklər edilən qəbul prosesində bəzi problemlər də müşahidə edilir.

Bunu valideynlər APA-ya bildirib. Onlar bildiriblər ki, sistemdə uşaqların şəxsiyyət vəsiqəsi ilə yanaşı doğum haqqında şəhadətnamə ilə qeydiyyatdan keçməyin mümkün olduğu göstərilsə də, dünəndən valideynlər şəhadətnamə ilə uşaqları qeydiyyatdan keçirməyə nail ola bilməyib. Bundan əlavə, sənəd qəbulunun yeni başlamasına baxmayaraq, bəzi müəllimlərin seçilməsi də mümkün olmayıb. Məsələ ilə əlaqədar məktəblərə müraciət etdikdə artıq həmin müəllimlərin siniflərində yerlərin dolduğu bildirilib.

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna verilən cavabda qeyd edilib ki, doğum haqqında şəhadətnamə ilə və ya hər hansı səbəbdən elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Alternativ Qeydiyyat Mərkəzləri Binəqədi rayonu üzrə 3, 179, 297 və 313 nömrəli, Nərimanov rayonu üzrə 36, 57, 82 və 177 nömrəli, Nəsimi rayonu üzrə 19, 164, 240 və 247 nömrəli, Nizami rayonu üzrə 129,145, 214 və 227 nömrəli, Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274 və 288 nömrəli, Pirallahı rayonu üzrə 235 nömrəli, Sabunçu rayonu üzrə 4, 74, 75, 78, 128, 130 və 170 nömrəli, Səbail rayonu üzrə 7, 163 və 236 nömrəli, Suraxanı rayonu üzrə 84, 270, 279, 315 və 318 nömrəli, Xətai rayonu üzrə 24, 116, 165, 191 və 261 nömrəli, Xəzər rayonu üzrə 117, 156, 181, 234 və 241 nömrəli və Yasamal rayonu üzrə 18, 21 və 286 nömrəli tam orta məktəblərdə yaradılıb.

Elektron ərizənin qeydiyyatı ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə vətəndaşlar saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər. I sinfə qəbul prosesi sentyabrın 15-dək davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi