azia.az
azia.az

Seymur Həzi 5 illik həbsdən sonra azadlığa çıxdı

30-08-2019, 11:29


Nigar Həzi: “Bundan sonra ailə olacağıq”
Seymur Həzi 5 illik həbsdən sonra azadlığa çıxdı
AXCP funksioneri, jurnalist Seymur Həzi beş illik həbsdən sonra avqustun 29-da səhər saatlarında azadlığa buraxılıb. Bu barədə onun qayınatası, Müsavatın Divan üzvü Tofiq Yaqublu öz feysbuq profilində məlumat paylaşıb. S.Həzi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsindən məhbus həyatı ilə vidalaşıb.

Həbsdən azad olunandan sonra S.Həzi həmkarlarına açıqlama verib: “Məni bağışlayın, siyasətdən danışmayacam. Özümü çox yaxşı hiss edirəm. Hər şey qaydasındadır, hər şey əladır”.

Seymur Həzi həbsdə olarkən üç il öncə onunla ailə həyatı quran, müsavatçı fəal Nigar Həzi modern.az-a açıqlamasında çox sevincli olduqlarını deyib: “O dərəcədə sevincliyik ki, bu sevincimizi sözlə ifadə edə bilmirəm. Hazırda yaxın qohumlar, dostlar Seymurun başına toplaşıb. Sevincli anları paylaşırıq. Təbrikə gələnlər də çoxdur”.

N.Həzi gələcək barədə mütləq düşünəcəklərini də bildirib:

“İndi başımız qarışıqdır. Dediyim kimi, gələn-gedən də çoxdur. Hələ özümüz barədə söhbət etməmişik. Güman ki, bir müddətdən sonra gələcək planlarımız, işlərimiz barədə danışacağıq. Özümüzə gələk, mütləq gələcək planlarımıza qərar verəcəyik. Bundan sonra ailə olacağıq”.

S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı qəbul etmir. “Amnesty International” təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.

Cavanşir ABBASLI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi