Seymur Həzi azadlıqda
![]()
![]()
Həbsdə olan AXCP fəalı Seymur Həzi azadlığa buraxılıb. Teleqraf.com xəbər verir ki, bu barədə həbs müddəti başa çatan Seymur Həzinin həyat yoldaşı Nigar Həzi feysbuk hesabında paylaşım edib.S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.