azia.az
azia.az

Jurnalist İkram Rafiqoğlu həbsdən azad edildi

1-03-2017, 12:50

Jurnalist İkram Rafiqoğlu həbsdən azad edildi


Jurnalist İkram Rafiqoğlu azadlığa buraxılıb.

Bu barədə jurnalistin vəkili Elçin Sadıqov feysbuk səhifəsində yazıb.

"Sumqayıt Şəhər Məhkəməsinin 25.11.2016-cı il tarixli hökmü ilə CM-nin 147.2-ci maddəsilə təqsirli bilinərək hər ikisi bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş jurnalist İkram Rafiqoğlu və Novruzov Rahman barəsindəki hökmü bu gün Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirildi.

Onlara 9 ay islah işləri cəzası təyin edildi. Təyin edilmiş islah işləri cəzası həbsdə qaldıqları 3 ay 14 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəzləşdirərək cəzalarını tam icra etdiklərinə görə məhkəmə zalından həbsdən azad edildilər.

Qərardan kassasiya şikayəti verəcəyik. Kassasiya şikayətimiz təmin olunmasa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvemsiyanın 6-cı və 10-cu maddələrinin pozulmasından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət edəcəyik."- deyə, vəkil bildirib.

Xatırladaq ki, ötən ilin noyabrında Realliq.info saytının baş redaktoru İkram Rafiqoğlu Sumqayıt şəhər məhkəməsinin qərarı ilə CM-nin 147.2-ci maddəsinə əsasən 1 il azadlıqdan məhrum edilmişdi.

Qlobal.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi