azia.az
azia.az

Sumqayıt İnzibati -iqtisad Məhkəməsi “Fuad MTK”nın iddiasını təmin etdi

29-08-2019, 03:47

Sumqayıt İnzibati -iqtisad Məhkəməsi “Fuad MTK”nın iddiasını təmin etdi
Sumqayıt İnzibati -iqtisad Məhkəməsi “Fuad MTK”nın iddiasını təmin etdi
Ötən gün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə “Fuad MTK”nın şikayəti əsasında Sumqayıt Bələdiyyəsinə qarşı qaldırılmış iddia ərizəsinə baxıldı. “Fuad MTK” nın iddiasında bildirilir ki, sğzügedən ərazidə yardılan süni dartışmalar yekunlaşmayana qədər, ərazidə hərhansı tikinti işlərinə yol verilməsin. Hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hakimin haqlı suallarını Sumqayıt bələdiyyəsinin hüquqşünası Murad Abbasov cavablandıra bilmədi. Müxtəlif bəhanələr gətirərək suallardan yayınmağa çalışdı. Xatırladaq ki, Sumqayıt Bələdiyyəsi “Fuad MTK” şirkətinə məxsus 60 sot torpaq sahəsinin iddiaçıya məxsus olma sənədini ləğv edərək başqa şəxsə icarəyə verib. Elə bu da “Fuad MTK”nın yenidən məhkəməyə üz tutmasına səbəb olmuşdur. Hakim müşavirədən sonra iddiaçının iddiasını təmin etdi.

“Fuad MTK”nın rəhbəri Sumqayıt bələdiyyəsindəki özbaşınalıqdan danışdı

Sumqayıt İnzibati -iqtisad Məhkəməsi “Fuad MTK”nın iddiasını təmin etdi
Xatırladaq ki, junalistlərin suallarını cavablandıran şirkət rəhbəri bu hadisənin necə baş verdiyini, əsil həqiqətin nədən ibarət olduğunu bildirdi. Məlumat verən şikayətçi, Bakı sakini, şirkətin direktoru Emil Aslanov qeyd etdi ki, əslində torpaq “Fuad MTK”nın ərazisi kimi rəsmiləşdirilib:“Sumqayıt bələdiyyəsi 2018-ci ildə Sumqayıt İnzibati İqtisad Məhkəməsinə müraciət edərək torpağın təyinatı üzrə istifadə olunmadığına dair iddia qaldırıb. Daha sonra məhkəmə-ekspertiza məsələni araşdırıb. Ərazidə olan drenaj sistemi, kafelər tikinti aparmağımıza mane olduğuna görə təyinatı üzrə istifadə edə bilməmişik. Həmin ərazi 8 bloklu binanın tikilməsi üçün layihələndirilib. 2 blok artıq tikilib. Biz tikintini 2015-ci ildən davam etmək istəyirik, lakin Sumqayıt şəhər Memarlıq və şəhərsalma İdarəsi icazə vermir.
Əlimizdə 2018-ci ilin oktyabrında olan məhkəmənin qətnaməsi var. Hansı ki, bələdiyyənin iddiasını rədd edib və 200 manat məbləğində cərimə edib. Lakin 2019-cu ilin yanvar ayında bələdiyyə məhkəmə qərarı olmadan bizim icarə müqaviləsini ləğv edib. İcarə müqaviləsi isə cari ilin dekabrın 31-nə kimi qüvvədədir. Onlar torpağın 60 sotunu Rzayev Kamil Valeh oğlunun adına rəsmiləşdiriblər”.
Sumqayıt İnzibati -iqtisad Məhkəməsi “Fuad MTK”nın iddiasını təmin etdi
Sumqayıt İnzibati -iqtisad Məhkəməsi “Fuad MTK”nın iddiasını təmin etdi
Sumqayıt İnzibati -iqtisad Məhkəməsi “Fuad MTK”nın iddiasını təmin etdi
Sumqayıt İnzibati -iqtisad Məhkəməsi “Fuad MTK”nın iddiasını təmin etdi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi