Məhkəmə ANS-in iddiasını təmin etmədi
Bu gün “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb
azia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iclasa Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrlik edib.
“ANS” Müstəqil Yayım və Media Şirkəti şikayəti “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlı verib.
Məhkəmə ANS-in iddiasını təmin etməyib. Bildirilib ki, bu işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır.