Sumqayıt və Gəncədə ictimai nəqliyyatla bağlı mühüm qərar
Azərbaycan Nazirlər Kabinetinin (NK) qərarı ilə Sumqayıtda İcra Hakimiyyəti yanında "Sumqayıt nəqliyyat" ASC yaradılıb
Trend NK-ya istinadən məlumat verir ki, NK-nın başqa qərarı ilə analoji qurum Gəncədə də yaradılıb.
Qərara əsasən, "Sumqayıt nəqliyyat" ASC və "Gəncə nəqliyyat" ASC-nin ştat işçilərinin sayı hər birində 20 nəfər təşkil edəcək.