SOCAR güclü külək səbəbindən dənizdən 700 işçini təxliyə edib
Güclü külək səbəbindən dənizdə çalışan neftçilər təxliyə edilib. Bu barədə “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov məlumat verib. “30-35 metr/saniyədə külək gözlənildiyi üçün bütün işlər dayandırılıb, 700-ə yaxın işçi quruya təxliyə olunub”, – İ. Əhmədov qeyd edib.