Bakıda, Səməd Vurğun küçəsi 151 ünvanında, Türkiyənin Azərbaycandakı səfirliyinin yaxınlığında üstündə müşahidə kameraları olan elektrik dirəyi aşıb.“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, elektrik dirəyinin aşmasına səbəb paytaxtda əsən güclü külək olub.
Qəza yeni baş verdiyindən hələ ki, heç bir tədbir görülməyib. Belə ki, elektrik dirəyi hazırda küçənin ortasında qalıb.Şəkillərdən də göründüyü kimi müşahidə kameraları zədələnib.
Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik: