azia.az
azia.az

Xəzərdə qasırğa olacaq - Neftçilər təxliyə edilir

30-03-2017, 15:12

Xəzərdə qasırğa olacaq - Neftçilər təxliyə edilir


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində elan olunan qasırğa ilə əlaqədar bir sıra obyektlərdən işçilərin təxliyəsini həyata keçirir.

azia.az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib. Məlumatda qeyd olunur ki, işçilərin təxliyəsi artıq başlayıb: “İş yerlərində yalnız operatorlar qalacaq. Bu yolla da neft və qaz hasilatı dayandırılmayacaq”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi