azia.az
azia.az

İtaliyalı deputat Azərbaycan barədə elə sözlər söylədi ki...

29-06-2019, 09:14

İtaliyalı deputat Azərbaycan barədə elə sözlər söylədi ki...
Azərbaycanı yaxşı tanıyıram, çox gözəl ölkədir. Bu ölkədə gənclərin təhsilinə, vətəndaş hüquqlarına, dini azadlıqlara ciddi diqqət və qayğı göstərilir. Azərbaycanın 1918-ci ildə qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən olduğu (hətta ABŞ-dan əvvəl) faktını nəzərə alsaq, bu ölkənin önəmi daha da aydın olar. Təbii ki, ağrılı Dağlıq Qarabağ məsələsinin BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının, Avropa İttifaqının çoxsaylı qətnamələrinə rəğmən öz həllini tapmamasına təəssüflənirəm. Azərbaycana yardım edilməkdənsə, ona qarşı əsassız hücumlar olur.

Axar.az xəbər verir ki, bu fikirləri AŞPA-nın italiyalı üzvü Mariya Rizzotti Azərtac-a müsahibəsində söyləyib. O bildirib ki, Parlament Assambleyasında Azərbaycana qarşı edilən əsassız hücumlardan şoka düşür.

“Açıq şəkildə Avropa Şurasının iclasında da dedim ki, Azərbaycana qarşı bəzi hücumlar mənə tamamilə əsassız gəlir. Bu ölkədə 3 dəfə parlament seçkilərində müşahidəçi qismində seçkiləri izləmişəm. Tam hüquqi sistem müşahidə etmişəm və deyilənlərin heç biri, xüsusilə də insan hüquqlarının pozulması haqqında deyilənlərlə razılaşmamışam. Düşünürəm ki, Azərbaycanın strateji mövqeyi var, İran, Türkiyə, Rusiya kimi güclü ölkələrlə həmsərhəddir və özünü bütün təsirlərdən uzaq saxlamaq istəyir. Dünyəvi, eyni zamanda, əhalisinin əksəriyyəti müsəlman ölkə olduğu üçün Avropanın qalan hissəsinə keçə biləcək islam terrorçu qüvvələrinin infiltrasiyasının qarşısını alır. Ona görə də bu ölkə dini azadlıq üçün bir müdafiədir. Azərbaycan digər bütün müsəlman ölkələrindən fərqlənir. Böyük uğurlar əldə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi