Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı proseduru işə salır
Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İlqar Məmmədovun işi üzrə qərarının icrasının təmin edilməsi zərurəti ilə əlaqədar hüquqi tədbirlərə başlamaq niyyəti haqqında rəsmi bildiriş göndərib.
Virtualaz.org bildirir ki, bu barədə Turan məlumat yayıb. Nazirlər Komitəsinin 25 oktyabr tarixli iclasının yekunlarına dair press-relizdə xatırladılır ki, müxalif siyasətçi İ.Məmmədovun həbsi və uzun müddət həbsxanada saxlanılması Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra maddələrinin pozulması ilə müşaiyət olunub. Bu günə qədər AİHM 18-ci maddənin yalnız beş nəfər barəsində pozulduğuna qərar verib və İlqar Məmmədov istisna olmaqla, bütün hallarda ərizəçilər azad edilib.
Oktyabrın 25-də Nazirlər Komitəsi 2010-cu ildə tətbiq edilmiş, qərarın yerinə yetirilməməsinin konvensiyanın əlavə olaraq pozulub-pozulmaması olduğunu dəqiqləşdirmək üçün işin yenidən Avropa İnsan Hüquqları Məhkəməsinə qaytarılmasını nəzərdə tutan prosedurun başlaması haqqında qərar qəbul edib.
"Bugünki müvəqqəti qətnamədə Komitə Azərbaycana noyabrın 29-na qədər öz fikrini yazılı formada təqdim etmək imkanı verib. O vaxta qədər qərar qəbul edilməsə, Nazirlər Kabineti işi Avropa İnsan Hüquqları Məhkəməsinə verən növbəti müvəqqəti qətnaməni dekabrın 5-də müzakirə edəcək", - deyə bəyanatda bildirilir.