AŞPA-nın məruzəçisi Azərbaycana gəlir
AŞPA ( Avropa Şurası Parlament Assambleyası) monitorinq üçün Azərbaycana məruzəçi göndərir.
AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak açıqlamasında səfərinin 6-8 aprel tarixlərində baş tutacağını deyib.
O səfəri çərçivəsində prezident İlham Əliyev, Milli Məclisin sədri, Konstitusiya Məhkəməsinin sədri, Ombudsman, Ədliyyə Naziri, Prezident administrasiyasını rəhbəri, parlament üzvləri, müxalif partiya üzvləri, vətəndaş cəmiyyəti fəalları, KİV nümayəndələri ilə görüşməyi planlaşdırır.