azia.az
azia.az

Hamilə qadını zorladı, indi isə cəzasının yüngülləşməsini istəyir – Azərbaycanda DƏHŞƏT

28-06-2019, 09:56


Zorlamada təqsirləndirilən Amid Ağamalıyev barəsindəki məhkəmə qərarından kassasiya şikayəti verib. Azia.az “oxu.az”a istinadən xəbər verir ki, A.Ağamalıyev cəzasının yüngülləşdirilməsini istəyir. Şikayətə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Hamilə qadını zorladı, indi isə cəzasının yüngülləşməsini istəyir – Azərbaycanda DƏHŞƏT
İttihama görə, hadisə 2018-ci il noyabrın 2-də Saatlı rayonunun Şirinbəy kəndi ərazisində baş verib. Sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs hadisə baş verən gün gecə saat 23 radələrində həmin ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinə gedərkən yolda 2000-ci il təvəllüdlü Ayna Vəliyeva (ad, soyad şərtidir) ilə qarşılaşıb.

A.Vəliyeva həmin gecə əri ilə dalaşaraq evdən qaçıb, anasının Sabirabad şəhərində yerləşən mənzilinə getməkdən ötrü yolun kənarı ilə Şirinbəy kəndinin çıxışına doğru hərəkət edirmiş.

Bu zaman A.Ağamalıyev spirtli içkinin təsirindən qadınla cinsi münasibətdə olmaq fikrinə düşüb.

O, avtomobilini A.Vəliyevanın yanına sürərək, onu maşına mindirmək istəyib. Qadın onun təklifini rədd etsə də, A.Ağamalıyev qadından əl çəkməyib. O, qadını əlindən tutaraq zorla avtomobilə mindirib.

Qadın ərinin kim olduğunu deyərək, A.Ağamalıyevə xəbərdarlıq edib və yalvararaq ondan əl çəkməsini xahiş edib. Hətta A.Vəliyeva təqsirləndirilən şəxsə hamilə olduğunu bildirərək yalvarıb.

Lakin A.Ağamalıyev qadının dediklərinə məhəl qoymayaraq, avtomobili çöllük əraziyə sürüb. O, avtomobildən düşərək qadını əvvəl təhqir edib, sonra onu zorlayıb.

Qadının şikayəti əsasında həbs edilən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən A.Ağamalıyev əməlindən peşmanlıq çəkdiyini, zərərçəkmiş şəxsin öz razılığı ilə onunla cinsi əlaqədə olduğunu bildirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Ağamalıyev 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi