azia.az
azia.az

9 yaşlı qıza saqqız verib zorladı! - Azərbaycandakı dəhşətli cinayətin izi ilə

7-12-2018, 10:15

9 yaşlı qıza saqqız verib zorladı! - Azərbaycandakı dəhşətli cinayətin izi ilə


"Deyib ki, dilindən bir söz çıxsa, ata-ananı öldürəcəyəm"

Bakıda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1973-cü il təvəllüdlü Əhliman Əhmədov Ali Məhkəməyə müraciət edib.

Azia.az.xəbər verir ki, cinayət məcəlləsinin 150.3.3-cü maddəsi ilə həbs edilən Ə.Əhmədovun məhkəmə prosesinə hakim Fərhad Kərimov sədrlik edəcək.

Əhliman Əhmədov Tovuz rayonunda anadan olsa da, yetkinlik yaşına çatandan sonra Bakı şəhərinə köçüb.

İşdən çıxan kişi 9 yaşlı qızla rastlaşıb

Paytaxtda tikinti obyeklərində fəhləlik edən Əhliman Əhmədov Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşıb. Elə cinayəti də həmin qəsəbədə törədib.

İttihama görə, Əhliman Əhmədov gecə saatlarlında işdən çıxanda evlərinə yollanıb. Biləcəri qəsəbəsində 2008-ci il təvəllüdlü Babayeva Xədicə Vahidovnanı görüb.

Zorakılıq

Əhliman Əhmədov Xədicəyə saqqız almaq adı ilə orada olan marketin arxasına aparıb. Qaranlıq yerdə Əhliman azyaşlı qıza qarşı zorakılıq edib və paltarını soyundurmaq istəyib.

Bu zaman Xədicə Əhlimana müqavimət göstərib. Əhliman qızın ağzından yapışıb və səs-küy salmasına imkan verməyib. O, azyaşlını orada olan yarımçıq tikiliyə gətirib.

Zorlama və hədə-qorxu

Orada qızı zorla soyunduraraq onunla cinsi əlaqədə olub. O, Xədicə ilə zorla cinsi əlaqədə olandan sonra ona hədə-qorxu gəlib.

Əhliman Xədicədən baş verən olayla bağlı valideynələrinə və başqa heç kimə deməməsini tapşırıb. Əks halda, onun ata və anasını öldürməklə hədələyib.

Azyaşlıdan şikayət və həbs

Lakin təcavüzə uğrayan azyaşlı evlərinə gəlib. Qızının bu vəziyyətdə olduğunu görən ana, ondan nə baş verdiyini soruşub. Azyaşlı bir nəfər tərəfindən təcavüzə məruz qaldığını anasına deyib.

Bundan sonra azyaşlının valideynləri baş verən olayla bağlı Binəqədi rayon Polis İdarəsinə şikayət ediblər. Onların şikayəti əsasında azyaşlıya qarşı seksual xarakterli hərəkət edən şəxs qısa müddətdə müəyyən edilərək həbs edilib.

Ciddi rejim: 9 il cəza

Əhliman Əhmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhliman Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.

"Zorlamamışam, əxlaqsız hərəkətlər etmişəm"

Hökmdən narazı qalan Əhliman Əhmədov apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini istəyib. O, əməlinin Cinayət Məcəllənin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsif edilməsini, həmin maddə ilə islah işləri cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Əhliman Əhmədov bildirib ki, azyaşlını yarımçıq tikiliyə aparsa da, onunla təbii, qeyri-təbii yolla cinsi əlaqədə olmayıb. O, bildirib ki, orada azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

Əsassız şikayət

Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Əhliman Əhmədovun apelyasiya şikayəti əsassız hesab edilib və bu səbəbdən təmin edilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi