azia.az
azia.az

Ailəli olan əmisiqızı ilə eşq yaşadı, oteldə boğub öldürdü - Azərbaycanda

5-03-2019, 09:48

Ailəli olan əmisiqızı ilə eşq yaşadı, oteldə boğub öldürdü - Azərbaycanda

Azia.az xəbər verir ki,Ailəli olan əmisiqızı ilə eşq yaşadı, daha sonra oteldə boğub öldürdü.

Bakıda 5 il əvvəl qısqanclıq zəminində qətl törədən Kürdəmir rayon sakini Asim Ağamalıyev Ali Məhkəməyə kassasiya şikayəti verib.
Əmisi qızını boğaraq öldürən A.Ağamalıyevin məhkəmə prosesi aprel ayının 16-da hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2014-cü il noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki "Vulkan" otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyiti tapılıb. Mərhumu qohumunun - Kürdəmir rayon sakini Asim Ağamalıyevin boğaraq öldürdüyü müəyyənləşib. Afaq Şükürova ailəli olsa da, onun öz doğma əmisi oğlu ilə də münasibətləri olub. 2014-cü ilin noyabrın 20-də gecə "Vulkan" otelində hadisə baş verən zaman Afaq Şükürova orada əmisi oğlu ilə birlikdə olub. "Vulkan" otelinə istirahətə gələn xanımla kişi arasında mübahisə düşüb. Otel otaqlarının birində əylənən cütlüyün mübahisəsi sonda qadının faciəli ölümü ilə nəticələnib. İlkin məlumatda qadını əyləndiyi kişinin bıçaqladığı qeyd edilsə də, sonradan bu məlumat hüquq-mühafizə orqanları tərəfindən təkzib olunub. Əməliyyat-istintaq tədbirlərindən sonra Afaq Şükürovanın özünü asaraq intihar etdiyi versiyası irəli sürülüb. Lakin araşdırmalar zamanı məlum olub ki, Afaq Şükürova öz doğma əmisi oğlu Asim Ağamalıyev tərəfindən oteldə zorlanıb. Sonra onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Asim Ağamalıyev Aşaq Şükürovanı öldürüb.

Asim Ağamalıyevin barəsində Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və 29,149.1 (zorlamaya cəhd) maddələri ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asim Ağamalıyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 3 ilini həbsxanada, 15 ilini isə ciddi rejimli cəzaçəkməsi qərara alınıb. Hökmdən narazı qalan Asim Ağamalıyev apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin barəsinsdə çıxardığı hökmü ağır olduğu bildirib. Asim Ağamalıyev cəzasının yüngülləşdirilməsini istəyib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Asim Ağamalıyevin barəsində olan hökm dəyişdirilib. Yeni hökmə əsasən, Asim Ağamalıyevin cəzası 16 ilə endirilib. Bu qərardan narazı qalan Asim Ağamalıyevin vəkilləri kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə araşdırma aparılan zaman Asim Ağamalıyev cəza çəkdiyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsindən məhkəməyə ərizə göndərib. Məhkum ərizəsində kasasiya şikayətinə baxılmasından imtina etdiyini göstərib və xahiş edib ki, kasasiya şikayəti baxılammış saxlanılsın. Hakim heyəti onun istəyini nəzərə alıb və şikayət baxılmamış saxlanılıb.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi