azia.az
azia.az

Ədliyyə Nazirliyinin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı apellyasiya şikayəti verib

27-09-2017, 15:40

Ədliyyə Nazirliyinin dələduzluqda təqsirləndirilən sabiq böyük inspektoru Tahir Şəbiyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 13-nə təyin edilib.

İşə hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, T.Şəbiyev Ədliyyə Nazirliyinin böyük inspektoru vəzifəsində çalışarkən zərərçəkmiş Mehdi Süleymanovun Bakı İstintaq Təcridxanasında saxlanılan həyat yoldaşı Sabrina Alxasovanı həbsdən azad etdirəcəyini deyərək, onun təxminən 31 min manat məbləğində pulunu alıb, lakin vədinə əməl etməyib.

Zərərçəkmişin şikayəti əsasında saxlanılan T.Şəbiyevin barəsində məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
O, Cinayət Məclləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 312.1-ci (rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. T.Şəbiyev zərərçəkmişə vurulan ziyanı tam ödədiyi üçün onun barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. T.Şəbiyevin barəsində iki il müddəti təyin olunaraq, ona şərti cəza verilib. Həmçinin məhkəmənin qərarı ilə o, 2 min manat məbləğində cərimələnib.

Xatırladaq ki, S.Alxasovanın adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə birlikdə bir neçə dələduzluq əməlində hallanır. E.Nağızadə hazırda ölkəni tərk edib və onun barəsində də axtarış elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Alxasova 7 il 6 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi