Cəlilabad rayonunda sel təhlükəsi ilə bağlı təhlükəsizlik tədbirləri görülür
Cəlilabad rayonunda sel təhlükəsi ilə bağlı təhlükəsizlik tədbirləri görülür.
"Report"un Muğan bürosuna bu barədə Alar kənd sakinləri məlumat verib.
Belə ki, Alar kəndi ərazisindən keçən İncə çayda ağır texnikalar vasitəsilə dərinləşdirmə işləri aparılır.
Hələlik vəziyyət nəzarət altındadır.