azia.az
azia.az

İcbari Sığorta Bürosuna kiberhücum: 40 milyondan çox məlumat oğurlanıb - FOTOFAKT

20-04-2022, 13:43

İcbari Sığorta Bürosuna kiberhücum: 40 milyondan çox məlumat oğurlanıb - FOTOFAKT
Məlumata görə Azərbaycan Respublikası İcbari Sığorta Bürosunun internet resursları kiberhücuma məruz qalıb. Hücumun şəxsiyyəti məlum olmayan, lakin iranlı olması ehtimal olunan “AngryBoy” təxəllüslü haker tərəfindən həyata keçirildiyi bildirilir.

Hakerin “DarkNet” internet resurslarında yaydığı məlumatlara əsasən İcbari Sığorta Bürosunun bütün sisteminin dağıdıldığı və 40 milyondan çox məlumatın ələ keçirildiyi iddia olunur.

Hakerin dərc etdiyi ekran şəkillərində oğurlanmış məlumatlar arasında Azərbaycanın Daxili İşlər Nazirliyinin, İAMAS, Miqrasiya Xidməti və digər xidmətlərə məxsus məlumat bazalarının da olduğu nəzərə çarpır.

Bu hücumun son illərdə Azərbaycanın dövlət qurumlarına qarşı yönəlmiş geniş miqyaslı hücumlardan biri olduğu qeyd olunur.

Qeyd edək ki, Azərbaycanda əvvəlki illərdə də müxtəlif özəl və dövlət qurumlarının məlumat bazalarına yönəlik bu cür kiberhücumların həyata keçirildiyi məlumdur.

Belə ki, 2014-cü ildə “İslamic Cyber Army” adlı haker qrupu tərəfindən çoxsaylı özəl banklar, hökümət və hərbi saytlardan məlumatların oğurlanması məqsədilə kiberhücumlar təşkil edilib.

44 günlük müharibə dövründə isə Ermənistan hakerləri tərəfindən müxtəlif dövlət qurumlarına və rəsmi saytlara istifadəçilərin fərdi məlumatlarını ələ keçirmək və fəaliyyəti əngəlləmək məqsədilə ümumilikdə 2678 kiberhücum cəhdləri həyata keçirilib.

Mövcud vəziyyət hazırda bu sahədə ciddi çatışmazlıqların və problemlərin olduğunu, bəzi özəl və dövlət qurumlarının məsələyə yetərincə diqqət ayrımadığını göstərir.

Azərbaycanda son illərdə artan kiberhücumlar dövlət qurumlarının bu sahədəki fəaliyyətinin gücləndirilməsini və informasiya təhlükəsizliyin təmin olunmasına daha çox diqqət ayırmasını tələb edir.

Mövzunu diqqətdə saxlayacayıq. İcbari Sığorta Bürosunun rəsmi mövgeyi gözlənilir.

İcbari Sığorta Bürosuna kiberhücum: 40 milyondan çox məlumat oğurlanıb - FOTOFAKT
İcbari Sığorta Bürosuna kiberhücum: 40 milyondan çox məlumat oğurlanıb - FOTOFAKT
İcbari Sığorta Bürosuna kiberhücum: 40 milyondan çox məlumat oğurlanıb - FOTOFAKT
İcbari Sığorta Bürosuna kiberhücum: 40 milyondan çox məlumat oğurlanıb - FOTOFAKT
İcbari Sığorta Bürosuna kiberhücum: 40 milyondan çox məlumat oğurlanıb - FOTOFAKT





Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi