GÖYÇAYDA KOLLEC MÜƏLLİMLƏRİ TƏLƏBƏDƏN BELƏ RÜŞVƏT İSTƏYİB – SƏS YAZISI…
Göyçay Dövlət İdaretmə və Texnologiya Kollecində müəllimlərin tələbədən rüşvət istəməsinin audio yazısı yayılıb. Tribunainfo.az qeyd edir ki, sosial mediada tirajlanan audio yazıda tələbə imkan olmadığını, atasının 700 manat vermək gücü çatmadığını bildirir. Bir neçə dəqiqəlik dialoqun sonunda müəllimlərdən biri tələbənin 300-400 manat rüşvət verməsi ilə razılaşır. Kollecin direktoru İrşad Abbasovdur. Mətbuatda bu təhsil ocağı haqda saysız-hesabsız tənqidi yazılar var. Məlum olur ki, Göyçayda təhsil müəssisəsi çoxdan bazar imiş. Həmin materialı təqdim edirik: