azia.az
azia.az

Kişini əldə saxlamağın birinci vasitəsi yataqdır”

30-10-2022, 20:31

"Baxıb gördüm ki, hamısı lüt qadın şəkilləridir”
 
- Şair, niyə bu gün insanların əksəriyyəti ciddi xəbərlərdən çox açıq-saçıq başlıqlı yazılar arxasınca qaçır. Sizcə, buna səbəb nədir?
- Birinci, sovet rejiminin dağılmasından çox da vaxt keçməyib. O dövrdə açıq-saçıqlığa bir yasaq vardı və buna görə də həmin dövrün insanları bu açıq-saçıqlığın aclığını yaşayır. Özü də sizə bir söz deyim; bu seksual məsələlərə maraq göstərən cavanlar yox, daha çox yaşlı nəslin nümayəndələridir. Seksual aclar qocalardır. Çünki onlar sovet dövründə çılpaq qadın şəkli görməyib, erotik filmlərə həsrət qalıb.
 
- Vahid müəllim, yəni siz də bu aclığı keçirmisiniz?
- Mənim yadımdadır ki, Sumqayıtdaydım, cavan vaxtlarım idi, yəni tələbəydim. Bir gün qardaşım gəlib bir paçka şəkli qarşıma atıb dedi ki, bax, savadını artır. Baxıb gördüm ki, hamısı lüt qadın şəkilləridir. O vaxtlar belə şəkillərə gizlin-gizlin baxırdılar.
 
- Amma gənclərdə də açıq-saçıqlığa maraq var axı…
- Çünki vaxtında evlənə bilmir, istədikləri kimi əyləncələrlə məşğul olmur, buna görə də belə şeylərə meylli olurlar. Ümumiyyətlə, zaman-zaman belə axmaq-axmaq işlərə maraq göstərilib. Bir misal çəkim; çimərlikdə bütün qadınlar demək olar ki, yarımçılpaqdır, amma o cür gözəl qadınlara heç kim baxmır. Vay o gündən ki, əntərin biri yubkada gəlib qumun üstündə otura. Bütün kişilər gözlərini zilləyəcəklər o qadının ayaqlarına. Bu psixoloji bir məqamdır. Bir az da ciddi danışsaq, bu gün seksual məsələlərə maraq göstərməyin əsas günahkarı televiziyalardır. Avropaya yaxınlaşmaq tumanı dizdən iki qarış yuxarı geyinib, üzr istəyirəm, özünü çöldə qoymaq demək deyil. Kişi ilə kişinin nikahını kəsən Avropaya niyə yaxınlaşmalıyam ki. Azərbaycanda da kişi ilə kişi başlasın bir-biri ilə sevişməyə? Avropanın nəyinə can atırıq e? Şərqin mədəniyyətini yaymaq əvəzinə başlamışıq, üzr istəyirəm ifadəmə görə, geylərin fırıldağına.
 
"Bir qarış yubka geyinib, oturanda da orasını-burasını dartışdırır”
 
- Elə bizdə də açıq şəkildə fəaliyyət göstərən belə üzdəniraqlar var…
- Tanınmış bir vəkil dostum var. Bir dəfə danışdı ki, rayonda işləyən zaman 4 nəfər mavi tutub gətiriblər. Onlardan biri gülə-gülə deyib ki, bunlara bax e, bizi türməyə göndərmək istəyirlər, biz də elə bunu istəyirik də. Türmə bizim üçün kurort kimi yerdir, üstəgəl də müştərilər. Yenə də deyirəm, günahkar telekanallardır. Azərbaycan telekanalları Azərbaycan dilinin gözəlliyini də korlayıblar. Bir də görürsən hansısa aparıcı "vau” deyib elə qışqırır, elə sözlər tapıb ortaya çıxarır ki, adamın zəhri yarılır. Kimin qucağında oturub hansı yolla hara gəldiyi bilinməyən adamlar dilimizi məhv edir. Telekanal rəhbəri buna nəzarət etməlidir də.
 
"Qadın yataqda kraliçadır”
 
- Siz hələ dodağına silikon qoydurub, qaşını aldıran kişi müğənnilərini demirsiniz. Onlar da gənclərin tərbiyəsinə mənfi təsir göstərir də…
- Bir dəfə evin yanında dəlləyə başımı qırxdırırdım. Bir də gördüm bu dəllək başımı qırxandan sonra qayçını alıb əlinə qaşıma tərəf gəlir. Deyirəm ə, nağayırırsan? Deyir, Vahid müəllim, bura gələnlər qaşını da aldırır. Dedim ə, mən o qaşını aldıran kişilərdənəm? Başın xarab olub sənin? Mən inanmıram ki, ciddi bir qadının özünü qadın kimi qəşəngləşdirən kişidən xoşu gələ. Kişidə kişi sifəti olar.
 
- "Şair şorgöz olmur, gözəlbaz olur”-Sizin şeirinizdir. Əcəb sığortalamısınız ha, özünüzü…
- Bir yeni şeirim var, axırı belədir:
Vaxt olur ki, huşa gedib gedirəm,
Arxasınca addım-addım qızların.
 
- Bəs o qızın reaksiyası necə olur?
- İndi durub bu yaşımda o qızı bişirəsi deyiləm ki. Şeirdə demişəm, gözəlliyə baxarlar də. Bir şeirim də var:
Qadının çirkini, gözəli olmur,
Qadınlar çəməndə çiçək kimidir.
Qadınlar qəribədir. Qadın yatağın kraliçasıdır. Qadınlar çox yaxşı roman yaza bilərlər, çox yaxşı rəssam ola bilərlər. Amma sözün böyük mənasında şair ola bilməzlər.
 
- Niyə?
- Bir səbəb budur ki, qadın tərənnüm olunandır, tərənnüm edən deyil. Digəri fiziloji səbəbdir, deməyəcəyəm.
 
- Vahid müəllim, bu gün Azərbaycanda bəstəkarlar pul qazanır, o puldan şairə pay düşürmü?
- Vallah, hələ bir manat gətirib mənə verən yoxdur ki, Vahid Əziz, al bu pulu, sənin şeirinə mahnı bəstələmişəm.
 
"Elə bir kişi yaxınlaşan kimi "tormuzunuzu" baraxırsınız”
 
- Bəs pul verib mətn yazdıranlar olur?
- Bir dəfə bir qız gəldi ki, Vahid müəllim, bir sevgi şeiri yaz mahnı oxuyacağam, yazdım. Qayıtdı ki, yox mən istəyirəm ki, orda yazasan məni atıb getdin, aldatdın-filan. Dedim ki, ay bala, cavan qızsan, özünü bərk tut ki, səni də atıb getməsinlər də. Elə bir kişi yaxınlaşan kimi "tormuzunuzu” baraxırsınız, o da istədiyini alır çıxıb gedir. Siz də qalırsınız dalınca baxa-baxa. Özünüzü bərk tutun da. Bu gün beş-altı adam düşüb ortalığa, seksual şeirlər yazmaqla məşğuldur. Hamısı da eyni sözlərdən ibarətdir: gecə dərdindən yata bilmirəm, ehtirasdan yanıram, nə bilim, alışıram…
 
- Sizin dövrün qızları ilə indiki qızların fərqi nədədir? Onda qızlar gözəl idi, yoxsa indi?
- Bizim dövrün qızları çox sədaqətli, təmiz idi. Düzdür, hərdən-birdən şıllaq atan, cızığdan çıxan da olurdu. İndi vəziyyət lap pisdir. Gözəlliyə qalsa, indiki qızlar daha cazibədar, daha baxımlıdır. O vaxtlar böyük-kiçik vardı, qadınlar öz ehtiraslarını içlərində boğa bilirdilər. İndi qadınlar müəyyən yaşdan sonra daha gözəl olurlar. Manikur, pedükür var, üzlərindəki tükləri belə təmizləmək üçün kosmetik vasitələr, salonlar, idman var. Qadın özünə baxmalıdır. Bir lətifə var. İvan evə gəlib görür ki, arvadı Maşa özünə bir maya qoyub, bir gözəlləşib ki... Deyir ki, Maşa, nə qəşəngsən, keçməli şey deyilsən, amma hayıf ki, özgənin arvadı deyilsən. Oğurluq mal daha şirin olur axı.
 
- Doğrudan da baxırsan ki, kişi gözəl arvadını qıraqda idbar bir məşuqəyə dəyişir.
- Ay Cəvahir, camaat deyəcək ki, Vahid Əziz özü bu işlərlə məşğul olur.
 
- Şairsiniz, gözəllik aşiqisiniz buna görə sizi heç kim qınamaz, narahat olmayın.
- Bir də görürsən deyirlər filankəsin ləyaqətli xanımı ola-ola gedib bir idbara ilişib. Görünür o qadının yanında kişi özünü daha rahat və istədiyi kimi hiss edir. Kişini əldə saxlamağın birinci vasitəsi yataqdır. Bir dəfə Türkiyədə hoteldə bir xanım mənə qayıtdı ki, abi, nədən bu türk ərkəkləri rus nataşalarını belə seviyorlar? Dedim ki, yəqin o rus nataşaları türk ərkəklərinə istədikləri zövqü verə bilirlər. Dedi, yox abi, türk bayanı türk ərkəyinə elə zövq verə bilər, amma korkar. Çünki əri ona bunu nərdən öyrəndin deyə sorar. Cavanlıqda nə qədər at oynatsam da, iki arvad saxlamağın əleyhinə olmuşam. Kişinin bir həyat yoldaşı olar.
 
- Niyə kişilərin xəyanəti eyib sayılmaz, amma qadınlara əksinə…
- Ümumiyyətlə, mən xəyanəti qəbul edə bilmirəm. Hətta xəyanətdən bəhs edən kinoya belə baxa bilmirəm.
 
- Ay Vahid müəllim, güya indiyə qədər siz heç xəyanət etməmisiniz?
- Cavan vaxtlarımda olub də. Çox üstümə gəlmə.
 
- Heç xanımınız yazdığınız sevgi şeirlərinə görə sizdən inciyib?
- Bir dəfə efirdə bir şeir söylədim:
Şəhərli qızlara gönül bağladıq,
Kəndin gözəlləri vaxtsız qocaldı,
 
Gəldim evə, gördüm arvad nəsə kefsizdir. Soruşdum noolub? Dedi, deyəsən peşman olmusan. Onu da rəfiqələri qızışdırıbmış. Dedim ay qız, nə peşmançılıq, Razindən deyilsən? Tərtər mədəni inkişafına görə Razindən daha üstündür, sən nə vaxtdan şəhərli qızı oldun, Razin də Tərtər kimi bir yerdir də. Yola verdim, getdi.
 
Cəvahir SəlimqızıSevilən şair, gözəl mahnıların söz müəllifi Vahid Əzizlə "Ulduzlu axşam”dayıq. Nə qədər səmimi bir insan olduğunu bilirdim. Amma bu müsahibədə bir daha bunu təsdiqlədi. Elə buna görə də söhbətimiz maraqlı alındı. İnandırmağa ehtiyac yoxdu, oxuyun görəcəksiniz.
 
AzerForum

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi