azia.az
azia.az

Göyçayda kollec müdiri BAZAR AÇIB - Nazirə müraciət olundu

4-04-2022, 11:14

Göyçayda kollec müdiri BAZAR AÇIB - Nazirə müraciət olundu
Ucar rayonu H.Əliyev prospekti ev 136 sakini Şirinov Raqif Ayaz oğlu tərəfindən ölkər rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də daxil olan müraciətdə deyilir:

"Mənim müraciətim mətbuat vasitəsi ilə bir-başa Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayevədir.
Cənab Nazir Sizə müraciət etməkdə məqsədim Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində oxuyan yaxın qohumumla bağlıdır.
Çünki burdakı atmosfer mənə də tanışdır.Bir müddət seyirçi qalmaq istəsəmdə vicdanım buna yol vermədi.Hər halda yüzlərlə tələbənin oxuduğu kollecdə yaşananlar ictimailəşdirilməlidir bu halların qarşısı alınsın.Mənim qohumum bibim qızı Sevinc məhz bu kollecdə təhsil alır.Atası rəhmətə getdiyi və qardaşı olmadığı üçün onun bibimin bütün işlərinin arxasınca mən gedirəm. Qış imtahan smestrində bu təhsil ocağına gedəndən sonra çox məyus olmuşdum.Belə ki, bibim qızı həm orta məktəbdə, həmdə kollecdə daim dərslərinə məsuliyyətlə yanaşıb, ona xüsusi diqqət verib.Kollecdə də öz biliyi hesabına imtahanlardan keçib. Amma bu il aldığı təqaüdü kəsiblər.Məsələni aydınlaşdırmaq üçün kollecə gedib direktor İrşad Abbasovla görüşdüm. Gəlişimi bilənə qədər nəvaziş nümayiş etdirən direktor gəlişimin məqsədini bildikdən sonar səsini ucaltdı.Mən ona qohumumun hansı imtahandan kəsildiyini və imtahan nəticələrini istədim .Gah mənə qohumun oxumur gəlib bizdən niyə yapışırsan gah da burda nə var düz olub desədə mən ondan təkidlə imtahanın nəticələrini bildirən vərəqi istədim. Nəhayət Kamilə müəlliməni (əyani şöbə müdürü) cağırtdırıb tələbənin ad familiyasını verdi.Qısa zamandan sonar Kamilə müəllimə gəlib övladımın bir fənndən qiymət almadığını birindən isə aşağı qiymət aldığını dedi.Mən yenə bu vərəqləri görmək istəməyimi desəmdə direktor sizin kimi bura gündə yüz adam gəlir ona vaxtımız yoxdu deyib imtina etdi.Artıq vəziyyət mənə aydın olduğu üçün ordan çıxdım.Bundan sonar nə direktor, nə müavini, nədə ki, şöbə müdürü mənə heç bir izahat vermədi.Yalnız usaq başı aldadan ümumi sözlər. Öyrəndiklərimdən məlum oldu ki, imthanlarda heç də bilik maraqlı deyil.Əsas amil rüşvətdir.Yəni deyilən qədər direktor İrşad Abbasov, müavini Şahin Əliyev həmçinin əyani şöbə müdürü Kamilə Həmidovanın imtahanlara görə öz kriteriyaları var və onlar tələbələrə imtahanlara görə haqq kəsiblər.Burda da xüsusi qaydalar var.Sadəcə imtahandan keçmək bir qiymət, təqaüdə düşmək tamam başqa qiymətdir.Təqaüd almaq istəyənində əlaçı olmaqla bağlı arzusu ən azı 400-500 manata başa gəlir.Burda tələbənin savadı rol oynamır.Sanki hansısa idarədə dövlət rüsumu təyin edilib.Hər işin öz qiyməti var.Əlaçı olmaq bir qiymət, sadə təqaüd başqa qiymət.Hələ deyilən qədər adın orda olub evdə ola- ola direktorun haqqın çatdırırsansa kollecə getməyə bilərsən.Bunun da öz qiyməti var.Deyilən qədər aylığın xərci 200-350 m arası dəyişir.Hələ pulun yoxdursa təqaüd kartını təhvil verib razılaşa bilərsən.Bu baş verənlər tələbələri təhsildən soyudub.Sonunda rüşvət hesabına qiymət almaq düşüncəsi olduğu üçün təhsilin keyfiyyətidə aşağı düşüb. Ona görə də oxuyan tələbələrin sayı günü-gündən azalır.Oxuyan tələbələrdə mənim qohumum kimi haqsızlıqla üzləşir.Bu məsələlərlə bağlı araşdırma apararkən kifayət qədər valideyn və tələbənin də bu durumdan narazı qaldığının şahidi oldum. İnsaf naminə deyə bilərəm ki, burda öz sahəsini bilən çoxlu sayda müəllimlər tanıyıram. Əksəriyyətidə öz işinə məsuliyyətlə yanaşır. Kollec rəhbərliyinin rüşvətət atmosferi yaratmağı onları da narahat edir.Sadəcə danışdığım müəllimlər direktora və onun rüşvət ortaqlarına nazirlik səviyyəsində dur deyən tapılmalıdır deyərək fikrin bildirdilər.
Bəli Cənab Nazir baxın əsl həqiqətlər budur. Əldə etdiyim bir məlumatda bu oldu ki, direktorun oğlu Orxan Abbasov Təhsil Nazirliyində mühüm vəzifə tutur.Açığı bunu eşidəndə təəcübümü gizlədə bilmədim . Ata-babadan gördüyümüz bu olub ki, ata oğuluna örnək olar, ona oxşamağa çalışar. Amma bir ata rüşvətxordusa oğul ondan nə örnək götürər. Əgər oğul da ona oxşayarsa vay o nazirliyin halına. Atasını kollecə direktor düzüb-qoşan ogulun yəqin atasının əməllərindən xəbəri olmamış olmaz. Necə deyərlər əl-ələ verib işlərini “müvəffəqiyyətlə” davam etdirirlər.
Cənab Nazir biz dövlətimizin təhsilə xüsusi önəm verdiyini, bu sahəyə böyük vəsait xərcləndiyini görürük. Yeni açılan məktəb və təhsil ocaqları, yüksək səviyyəli infrastruktur bunlara bir misaldır. Lakin İrşad Abbasov kimi direktorlar və onları rüşvətə görə himayə edənlər bu cür hallarla təhsilə kölgə salır, onun nüfuzuna xələl gətirirlər. Hər halda baş verənləri araşdırıb hüquqi qiymət vermək sizə qalır. İnanıram ki, bu məsələyə ciddi yanaşacaq və nəzrətə götürəcəksiz".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi