Şikayətçilər İqtisadiyyat Naziri Şahin Müstafayevi Göyçay rayonuna dəvət etdilər-ŞİKAYƏT
29-06-2017, 10:54
"Bir neçə gün öncə mətbuatda Arif Əliyevin "Göyçay-Avtonəqliyyat" ASC-nin həyətində qanunsuz yaratdığı bazarda baş alıb gedən dəhşətli antisanitariya şəraiti barədə dərc edilmişdir. Bundan sonra əl-ayağa düşən "Göyçay-Avtonəqliyyat" ASC-nin sədri Arif Əliyev tədbir görüb təmizlik səliqə səhman yaratmaq və antisanitariyanın aradan qaldırmaq əvəzinə saxtakarlığa əl atmışdır.Belə ki, "Göyçay-Avtonəqliyyat" ASC-nin sədri Arif Əliyev qanunsuz yaratdığı bazarda işləyən bir neçə şəxslərə təzyiq göstərərək özünün yazıb tərtib etdiyi saxta tərif ərizəsinə imza etdirərək Prezident İlham Əliyevə və İqtisadiyyat naziri Şahın Mustafayevə göndərmişdir.Guya həmin ərizəyə imza edən şəxslər Prezident İlham Əliyevdən və İqtisadiyyat Naziri Şahin Mustafayevdən xahiş edirlər ki, bu bazar qnunu fəaliyyət göstərir burada şərait yaxşıdır biz burada qalıb işləmək istəyirik, Arif Əliyevin fəaliyyətindən razıyıq.
Ancaq əslində təqdim edilən fotolardan göründüyü kimi sözü gedən bazar antisanitariya şəraitində işləyir ki, nəticədə insanların həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır.Burada bazar qanunsuz fəaliyyətdədir.Yerində araşdırma aparılmalıdır ki, "Göyçay-Avtonəqliyyat" ASC-nin həyətində fəaliyyət göstərən bazarda hansı antisanitariya şəraiti höküm sürür.Belə antisanitariya şəraiti nəinki satıcıların və alıcıların həttda heyvanında həyatına ciddi təhlükə yaradır.Azərbaycan Respublikasında ikinci belə bir antisanitar yararsız şəraitdə qanunsuz fəaliyət göstərən bazar yoxdur. "Göyçay-Avtonəqliyyat" ASC-nin sədri Arif Əliyev mətbuatda gedən haqlı narazılıqlardan nəticə çıxarmaq əvəzinə belə saxtakarlığa əl atsada onun barəsində heç bir qanunu tədbirlər görülmür.Nəticədə də cəzasızlıqdan dahada azğınlaşan Arif Əliyev saxta yalan məktublar ərizələr göndərməklə Prezident İlham Əliyevi və İqtisadiyyat Naziri Şahin Mustafayevi aldadır.Atalar yaxşı deyib "Görünən dağa bələdçi lazım deyil" Cəzasızlıqdan azğınlamış Arif Əliyevin tərtib edib prezidenti və naziri aldatdığı saxta ərizələrə inanmaq lazım deyil bizim yazdığımız dəhşətli mənzərəni yerində gəlib araşdırıb ciddi təsirli tədbirlər görməyə zərurət var.Mətbuat vasitəsi ilə İqtisadiyyat Naziri cənab Şahin Mustafayevə müraciət edib xahiş edirik özünüz şəxsən Göyçay rayonuna gəlib yazdığımız faktları yerində araşdırıb gözünüzlə görüb ciddi tədbirlər görəsiniz.Bu antisantariya şəraitində olan yayarsız "bazar"-ın fəaliyyəti dayandırılmalı və saxtakar Arif Əliyevin cinayət əməlləri araşdırılıb barəsində ciddi tədbirlər görülməlidir. İmza Göyçay rayon sakinləri"