azia.az
azia.az

Məktəblilərin qəzaya düşməsinə dair daha bir məlumat yayıldı

6-06-2022, 07:57

Məktəblilərin qəzaya düşməsinə dair daha bir məlumat yayıldı
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məktəblilərin qəzaya düşməsinə dair məlumat yayıb. Məlumat İdarənin rəsmi “Facebook” səhifəsində yerləşdirilib. “Samux şəhər 3 nömrəli tam orta məktəbin 16 şagird və 4 müəllimindən ibarət heyətini daşıyan avtobus bu gün Şəki şəhərində qəzaya uğrayıb. Avtobusda olan müəllim və şagirdlər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Şagirdlərdən birinin isə xəstəxanada müalicəsi davam etdirilir.

Qəza nəticəsində xəsarət almış şagird və müəllimlərə Allahdan şəfa diləyirik”, – deyə məlumatda bildirilir.

Leyla


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi