azia.az
azia.az

Şagirdlərin olduğu iki avtobus qəzaya uğrayıb: Xeyli sayda yaralı var

14-10-2021, 07:44

Şagirdlərin olduğu iki avtobus qəzaya uğrayıb: Xeyli sayda yaralı var
Türkiyədə iki sərnişin avtobusu qəzaya uğrayıb. APA “Anadolu”ya istinadən xəbər verir ki, Hacıbektaş rayonundan Nevşehir istiqamətində hərəkət edən avtobus Gümüşkənd yaxınlığında qəfildən qarşısına çıxan evakuatora çırpılıb.
Hadisə yerinə polis və xilasetmə qrupları, təcili tibbi yardım qrupları cəlb edilib. Bildirilir ki, hər iki avtobusda məktəblilər olub. Qəzada xəsarət alanlar şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi