Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində, Borsunlu kəndi ərazisində mikroavtobus qəzaya uğrayıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, eyni istiqamətdə hərəkətdə olan “Mersedes” markalı mikroavtobus və “Mersedes” markalı minik avtomobili toqquşub.
Gəncə-Yevlax marşrutunda fəaliyyət göstərən mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı sürücü 1974-cü il təvəllüdlü Bayramov Vüqar Faiz oğlu ağır yaralanıb.
Sərnişinlərdən 1960-cı il təvəllüdlü Nəcibə Şirinova və 1957-ci il təvəllüdlü Məhruzə Tağıyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.