azia.az
azia.az

Gəncədə avtobus sürücüsü sükan arxasında ölüb

30-04-2022, 08:03

Gəncədə avtobus sürücüsü sükan arxasında ölüb
Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.

Xəbər verilir ki, hadisə bu gün axşam saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü Orucov İlqar özünü narahat hiss etdiyindən avtobusu saxlayıb.

Sonradan onun sükan arxasında öldüyü məlum olub.

İlkin məlumata görə sürücü infarkt (ürək tutmasından) keçinib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi