azia.az
azia.az

Bakıda avtobus qəzaya uğradı: keçmiş polis əməkdaşı öldü, 10-dan çox yaralı - YENİLƏNİB

24-02-2016, 10:06

Bakıda avtobus qəzaya uğradı: keçmiş polis əməkdaşı öldü, 10-dan çox yaralı - YENİLƏNİB Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur

“Deawoo” markalı avtobus Qara Qarayev prospektində yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yoldan çıxaraq səkidə dayanmış piyadanı vurub. Bundan sonra avtobus yolayrıcındakı işıqfora çırpılıb, daha sonra isə hərəkətdə olan “Nissan” markalı minik avtomobilini vurub.
Piyada hadisə yerindəcə keçinib.
Avtobusun sürücüsü hadisəni törətdikdən sonra qaçıb.
***
Bakıda baş verən avtobus qəzasında ölən şəxsin kimliyi açıqlanıb.
62 saylı xətt marşrutu üzrə hərəkətdə olan 90 HS 692 dövlət nömrə nişanlı marşrut avtobusunun “Nissan” markalı minik avtomobili ilə toqquşması nəticəsində avtobusda olan sərnişinlərdən Asif Yusif oğlu Nəsirov dünyasını dəyişib. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir.
Hadisə şahidlərinin dediyinə görə, qəzaya avtobusun işıqforu qırmızı işıqda keçməsi səbəb olub. Lent.az-ın məlumatına görə, ölən şəxs 1966-cı ildə anadan olub.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir.
***
10:58
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, saat 09:48 radələrində Bakı Şəhər Təcili Tibbi yardım Stansiyasına baş vermiş qəza ilə bağlı çağırış daxil olub.
Paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında 36 saylı və 62 saylı sərnişin avtobuslarının toqquşması nəticəsində 13 nəfər yaralanıb, 1 nəfər isə ölüb.
Ölən şəxsin kişi olduğu deyilir, o təxminən 60-65 yaşlarında olub və hadisə yerindəcə keçinib. Yaralılar isə 3 saylı Sabunçu xəstəxanasına aparılıb.
Bildirək ki, hadisə yerinə 10-a yaxın Təcili Tibbi Yardım briqadası cəlb edilib.
***
10:45
Bakıda sərnişin avtobusu qəzaya düşüb. Hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.
Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.
Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi