azia.az
azia.az

Bakıda ölümlə nəticələnən ağır qəza: sürücü yuxuya getdi... - VİDEO

27-12-2021, 09:52

Bakıda ölümlə nəticələnən ağır qəza: sürücü yuxuya getdi... - VİDEO
Bakının Sabunçu rayonunda yol qəzası zamanı 4 nəfər xəsarət alıb və bir nəfər ölüb.

Azia.az APA-ya istinadən xəbər verir ki, hadisə Məmmədli qəsəbəsi ərazisində qeydə alınıb.


Belə ki, “Mercedes” markalı avtomobili idarə edən 1988-ci il təvəllüdlü Xanmirzəyev Şahüseyn Xəqani oğlu hərəkətdə olan zaman Camallədin Məmmədov idarə etdiyi “AzSamand” markalı maşını onun nəqliyyat vasitəsinə çırpıb.

Qəza zamanı “Azsamand”ın sərnişini, 1981-ci il təvəllüdlü Əliyev Ramin Sabir oğlu da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“AzSamand”ın sürücüsü Camallədin Məmmədov hadisə yerində ölüb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq “morq”a təhvil verilib.

Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Yol Patrul Xidmətinin əməkdaşı Samir Əzimov bildirib ki, “AzSamand” markalı maşının sürücüsü sükan arxasında yuxuya gedib. Qəzaya səbəb məhz bu olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi