Çörək sexinə silahlı basqın etdi, 87 manat apardı, 8 il cəza aldı
Gəncə Apellyasiya Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Mübariz İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Məlumata görə, hakim Çingiz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib, birinci instasiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
İttihama görə, hadisə 2021-ci il martın 1-i, saat 01:40 radələrində Gəncə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü M.İsmayılov üzündə maska və əlində götürdüyü çapacaqla şəhərin M.Paşayev küçəsi 38 ünvanında yerləşən Əliyev Müşfiq Bərxudar oğluna məxsus “Bizim Çörəkçi” çörək sexinə basqın edib. O, sexdə olan işçilər - Qasımova Ülviyyə Raqif qızına və Məmmədova Ülviyyə Ələddin qızına qarşı zor tətbiq edəcəyi ilə bağlı hədə-qorxu gəlib. Daha sonra M.İsmayılov kassadanda 87 manat pulu quldurluq yolu ilə ələ keçirərək oradan qaçıb.
Bundan sonra o, yenidən quldurluq etmək qərarına gəlib. Martın 8-i saat 21:40 radələrində Gəncə şəhəri, R.Qasımov küçəsində yerləşən “M” marketə basqın edib. M.İsmayılov əlindəki çapacaqla, daha sonra isə istintaq zamanı əldə edilərək götürülməsi mümkün olmayan tapançanı silah qismində istifadə edib və oradakı satıcı Əliyev Akif Canpolad oğluna qarşı hədə-qorxu gəlib. O, satıcıdan kassada olan pulu tələb edib. Lakin A.Əliyev yanında olan bıçaqla onu vuracağını bildirib. Daha sorna M.İsmayılov mağazadan qaçaraq çıxıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin 8 il müddətə azadlıqdan məhrum edilib. Daha sonra məhkum apellyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin çıxardığı hökmdən narazılıq edir.
Kamal Məmmədov