azia.az
azia.az

Rüşvətə görə tutulan vəzifəli şəxslə bağlı qərar verildi

7-04-2022, 20:11

Rüşvətə görə tutulan vəzifəli şəxslə bağlı qərar verildi
Şirvan Apellyasiya Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin rüşvət almada təqsirləndirilən sabiq baş mühasibi Pərviz İsgəndərov və onun tanışları - Qalib Ələsgərovla Malik Nəsirov barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.



Hakim Məhəmməd Bağırovun sədrlik etdiyi məhkəmə prosesində qərar qəbul olunub.



Qərara əsasən, hər üç şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.



Xatırlama: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.İsgəndərov 9 il 6 ay, Q.Ələsgərov 8 il müddətinə azadlıqdan məhrum edilib.



Hökmə əsasən, Q.Ələsgərovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və o, məhkəmə zalında həb olunub.



Digər təqsirləndirilən M.Nəsirov isə 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.



Qeyd: DSMF-nin Cəlilabad rayon şöbəsinin sabiq baş mühasibi P.İsgəndərov və tanışları 2020-ci ilin may ayında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.



Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində P.İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3 700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib. Daha sonra onun və tanışları Q.Ələsgərovla M.Nəsirovun digər cinayət əməlləri üzə çıxıb.



Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və P.İsgəndərovun barəsində həbs qətimkan tədbiri, Q.Ələsgərovla M.Nəsirovun barələrində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi