Məhəmməd peyğəmbərin – 10 möcüzəsi
Bütün dinlərdə peyğəmbərlərin göstərdiyi möcüzələr bu gün də insanları maraqlandıran əsas mövzulardan biridir. İslam peyğəmbəri Məhəmmədin möcüzələri də bu qəbildəndir.
İslam alimlərinin bəziləri Hz. Məhəmmədin peyğəmbərliyinə dəlalət edən möcüzələrin sayını çox olduğunu dedikləri halda, bəziləri bu möcüzələrin minə qədər olduğunu iddia edir.
Teleqraf.com Məhəmməd peyğəmbərin 10 möcüzəsini təqdim edir.
“Qurani-Kərim”
“Quran” bütün zamanlara xitab edən yeganə müqəddəs kitab hesab edilir.
Peyğəmbərin bir hədisində deyilir: “Elə bir peyğəmbər yoxdur ki, onlara yaşadıqları zamandakı insanların inandığı bir möcüzə verilməmiş olsun. Hamısına möcüzələr verilib. Mənə möcüzə olaraq verilən isə Allahın mənə vəhy etdiyi “Qurani-Kərim”dir”.
Ayın ikiyə bölünməsi möcüzəsi
“Quran” Ayın ikiyə bölünməsi möcüzəsini Qiyamət gününün yaxınlaşması əlamətlərindən sayır.
İsra və Merac möcüzəsi
İsra – gecə səyahəti deməkdir. Merac isə “yüksəyə çıxmaq” deməkdir.
“İsra” surəsində bu haqda deyilir: “Qulunu gecə vaxtı məscidi Haramdan alaraq ayələrimizi göstərmək üçün ətrafını mübarək qıldığımız məscidi Əqsaya aparan Allahın şanı hər şeydən pakdır. Eşidən və görən Odur”.
Peyğəmbərin əllərindən suyun axması möcüzəsi
Yeməyin bərəkətlənməsi – çoxalması möcüzəsi
Ənəs ibn Malikinin danışdığı hədisə görə, peyğəmbərin Allaha duası ilə yoxsul bir süfrədə 80 nəfərin doya biləcəyi qədər yemək oldu.
Yağışın yağması möcüzəsi
Rəsulallahın zamanında Mədinədə qıtlıq oldu. Günlər quraq keçirdi. Bir nəfər onun yanına gəldi və ondan Allaha dua etməsini istədi. Peyğəmbər əllərini açıb dua etdi. Göy üzündə bir bulud yox idi, amma duadan sonra külək əsdi, buludlar toplandı, yağış yağmağa başladı.
Xurma kötüyünün ağlaması möcüzəsi
Cabirdən rəvayət edilən bir hədis belədir: “Cümə günü peyğəmbər minbərə çıxanda xurma kötüyü uşaq kimi ağlamağa başladı. Rəsulallah minbərdən enib onu qucaqlayanda susdu”.
Zəhərlənmiş keçi ətinin zəhərli olduğunu xəbər verməsi möcüzəsi
Savaşda gözü çıxan səhabənin gözünü yerinə qoyaraq, şəfa tapması möcüzəsi
Əmrə itaət edən ağac möcüzəsi