İsa Peyğəmbərin iki min illik sirri: buna görə kimlər öldürülüb?
Türkiyəli aktyor və rejissor Ahmet Yenilmez 2009-cu ildə helikopter qəzasında həlak olan türkiyəli siyasətçi Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı yeni detallar açıqlayıb
M.Yazıcıoğlunun xristianlıqda gizli saxlanılan “Barnabas İncili”nə görə öldürüldüyü iddia olunur.
A.Yenilmez də eyni iddiaları təsdiqləyib. Bildirib ki, Yazıcıoğlu həlak olmasından 15 gün öncə ona cib telefonundakı “Barnabas İncili”nin fotolarını göstərib: “Gecə saat 03:30-da mənə zəng etdi. Evinin yanındakı kafedə görüşdük. Dörd nəfər də var idi. Məndən bir film çəkməyimi istədi. Qarşıma Aydoğan Vatandaşın (FETÖ-nün əsas adamlarından biri-red) kitabını qoydu və “buna ssenari yaz” dedi. Cib telefonunda mənə “Barnabas İncili”nin fotolarını göstərib dedi ki, “bunu görən hər kəs ölür, bilirsənmi?”. Yanındakı bir nəfər də “başqanım, siz görmüsünüzmü?” deyə soruşdu. Yazıcıoğlu da “hazırda görürük” cavabını verdi. 15 gün sonra onun ölüm xəbəri gəldi”.
A.Yenilmez hazırda “Barnasa İncili” və üç sirli ölümdən bəhs edən “Sevdam gözlərində qaldı” adlı film üzərində çalışdığını deyib.
“Türkiyənin yaxın tarixinə damğa vuran bəzi həqiqətlər filmdə yer alacaq. Abdullah Çatlı, professor Mahmud Esad Coşan və Muhsin Yazıcıoğlu eyni səbəbə görə öldürülüb. Abdullah Çatlı da “Barnabas İncili”ni tapmaq istəyirdi. Onun öldüyü qəzadan 20 dəqiqə öncə Yazıcıoğluna zəng edərək, “təcili görüşməyimiz lazımdır” deyib. 20 dəqiqə sonra qəzada öldü, çantası da yoxa çıxdı”, - deyə o bildirib.
A.Yenilmez qeyd edib ki, “Barnabas İncili”ndə Məhəmməd Peyğəmbərin gələcəyi haqda danışılır: “Orada həmçinin, Qurban kəsmək və İsmayıl Peyğəmbər haqqında da sözlər var. Vatikan bu İncilin ortaya çıxmasını istəmir. Çünki bu İncil müsəlmanlarla xristianları yaxınlaşdırır. Onlar isə bunu istəmirlər”.
Qeyd edək ki, “Barnabas İncili” İsa Peyğəmbərin tələbəsi Əziz Barnabas tərəfindən yazılıb. Bu, orijinal İncildir və Vatikanın təbliğ etdiyi İncildən fərqlənir. Həmin İncilin orijinal nüsxəsindən biri də Türkiyə dövlətində olub. “Barnabas İncili”ndə hazırda Vatikanın təbliğ etdiyi xristianlığın, xüsusilə İsa peyğəmbər haqqında bir çox şeyin yalan olduğu barədə faktlar var. Orijinal İncil olaraq tanınan bu kitabda əslində, İsa Peyğəmbərin evləndiyi, ailəsinin qəbrinin olduğu yer kimi dəlillər var. Buna görə də Vatikan iki min ildir orijinal İncili gizlədir. Bunun ortaya çıxması bütün dünyada dəyişikliyə səbəb ola bilər. İddialara görə, bu İncili kim görürsə, o, mütləq öldürülür. Maraqlı məqamlardan biri də odur ki, Türkiyə dövləti əlindəki orijinal İncili nə vaxt gündəmə gətirmək istəsə, terror və digər hücumlarla qarşılaşır.(Publika.az)