azia.az
azia.az

Peyğəmbərimiz (s) qəbirləri necə ziyarət edərdi? – Ayətullah Cəfər Sübhani cavablandırır

1-11-2016, 08:07

Peyğəmbərimiz (s) qəbirləri necə ziyarət edərdi? – Ayətullah Cəfər Sübhani cavablandırırAyətullahil-Uzma Sübhani vəhabilərin qəbirləri ziyarət etməklə bağlı şübhələrinə həm əqli və həm də hədislərə istinad edərək, cavablar vermişdir.
Alim buyurur: “Həzrət Peyğəmbər (s) vəfat edəndən sonra müsəlmanlar bu İlahi insanın qəbrini ziyarət etməyə başladılar. Həzrətin (s) vəfatından bir neçə gün keçməmiş səhrada yaşayan bir ərəb gəldi və Peyğəmbərin (s) qəbrinin qarşısında dayandı bir ayə və iki beyt şeir dedi.
Ayə belədir: “Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər”. (“Nisa” 64).
Sonra özünü qəbrin üstünə atıb bu iki beyt şeiri deyir: “Canım fəda olsun o kəsə ki, sümükləri torpağın altında gizlənmişdir. Bu diyar ona xatir pak və pakizədir. Canım fəda olsun o torpağa ki, səni götürmüşdür və onda iffət və bağışlamaq gizlənmişdir”.
Bu səhra ərəbi iki beyt şeiri ilə həmin ayənin məğzini bəyan etməyə çalışır. Onu göstərmək istəyir ki, bu ayə sadəcə Peyğəmbərin (s) sağ olduğu zamana aid deyildir.
İmam Rza (ə) Məsumların (ə) qəbrini ziyarət etməklə bağlı buyurur: “Hər bir İmam (ə) üçün dostları və davamçılarının boynunda əhd vardır. Bu əhdə kamil vəfanın nişanəsi isə onların qəbirlərini ziyarət etməkdir”.
Qəbirləri ziyarət etməklə bağlı Quranın dəlili.
Allah Təala Peyğəmbərə (s) münafiqlərin cənazə namazlarını qılmağı və qəbirlərinin kənarında dayanmağı qadağan etmişdir. Bununla bağlı buyurur: “Və onlardan ölən heç bir şəxs üçün əsla namaz qılma və (barəsində dua etmək və bağışlanma diləmək üçün) qəbrinin üstündə durma. Çünki onlar Allaha və Onun Peyğəmbərinə küfr etdilər və itaətsiz halda öldülər”. (“Tövbə” 84).
Allah Peyğəmbəri (s) bu ayədə iki şeydən çəkindirir: münafiqin cənazə namazını qılmağından, onların hər hansı birinin qəbrinin yanında dayanmaqdan.
Bu iki mövzuya görə qadağanı verərək, Allah Təbarəkə buyurur ki, hər iki məsələ müsəlmanlar üçün caizdir. Yəni, Peyğəmbər (s) müsəlmanlar üçün cənazə namazı qıla bilər və qəbirlərinin kənarında dayana bilər. Həm dəfn edə bilər və həm də ziyarət edə bilər.
Qəbirləri ziyarət etməklə bağlı hədislərin nəzəri.
Həzrət Peyğəmbər (s) Bəqi qəbiristanlığına gedər və qəbirləri ziyarət etməyin yollarını həm səhabələrinə, həm dostlarına və həm də həyat yoldaşlarına öyrədərdi. Həzrət (s) buyurur: “Salam olsun sizə, ey müsəlman dəstəsi! Dünyada vədə verilən şey gəlib çatdı. Biz də Allahın istəyi ilə sizə qoşulacağıq. Allahım, Bəqi sakinlərini bağışla!”.
Bəzən də Həzrət (s) belə deyərdi: “Salam olsun sizə, ey sakin olan möminlər və bu diyarın müsəlmanları! Allah bütün möminləri – istər o kəslər ki, əvvəl ölüblər və istərsə də gələcəkdə öləcəklər – hamısına rəhmət etsin. Biz də Allahın istəyi ilə sizə qoşulacağıq”.
Allah Peyğəmbəri (s) bizim üçün nümunə kimi tanıtdığına görə, onun etdikləri hüccətdir. “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21)” (Həvzəh).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi