azia.az
azia.az

Yüksək təzyiqdən qorunmaq üçün ƏN SADƏ METOD

27-04-2022, 06:52


Yüksək təzyiqdən qorunmaq üçün ƏN SADƏ METOD
Koreya alimləri hipertoniya xəstəliyinin profilaktikası üçün sadə üsulu aşkarlayıblar. Onların fikrincə insanın qida rasionunda nə qədər rəngarəng zülal olsa, o qədər təzyiqi aşağı olar. Xəbər verilir ki, yeni almi araşdırmada 12 min Çin və Koreya sakininin tibbi bazası araşdırılıb.
Yüksək təzyiqdən qorunmaq üçün ƏN SADƏ METOD
Bu insanlar 1997-2015-ci illər arasında öz qida rasionları barədə məlumatları təqdim ediblər.
Hər iştirakçı zülal miqdarı və müxtəlifliyinə görə ballar alıb.

Məlumdur ki, insan qidasına uyğun 8 zülal mənbəyi var. Bunlardan ən əsası ət, yumurta, paxlalılar, dəniz məhsullarıdır. Daha sonra alimlər bu insanların zamanla təzyiq dərəcələrini qiymətləndirib.

Nəticələr göstərib ki, qidasında 3-4 cür zülal olan insanlarda hipertoniya riski 60% azdır. 2-3 bal toplayanlarda isə yaş artdıqca təzyiq xəstəliyi də yaranıb.

Burda əsas hədəf zülalın miqdarı yox, müxtəlifliyidir. Çünki çox miqdarda ət yeyənlərdə də təzyiq xəstəliyi olur.

İnsan həftə ərzində ən azı 4-5 zülal mənbəsindən zülalı qəbul etməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi