Saç tökülməsinin qarşısını alan 5 ƏSAS QİDA
Saçların sağlam böyüməsi üçün A, C, E, B5, B6 və B12 vitaminləri vacibdir. Tərkibində bu viaminlər olan qidaların sayəsində hər kəsi narahat edən saç tökülməsinin qarşısını almaq mümkündür.
Azia.az Lent.az-a istinadən saçları gücləndirən, tökülməsinin qarşısını alan qidaları təqdim edir:
Yumurta
Protein sağlam saçlar üçün əsas komponentdir. Saçların sağlam olması üçün yumurtanın tərkibindəki zülal əsas qidadır. Həmçinin, zülalın tərkibində saç tökülməsinin qarşısını alan biotin və digər B vitamin qrupu var.
Somon balığı
Somon balığı beyin, qan damarları, dəri və saç üçün çox faydalıdır. Somon balığının tərkibindəki Omeqa-3 yağ turşuları, B12 vitamini də daxil olmaqla, B vitaminlər qrupu və digər vitaminlər, minerallar, protein var. Bununla da qida rasionunuza somon balığı daxil etməklə, saçlarda quruluq və ya saç tökülməsi kimi problemə son qoya bilərsiniz.
Şirin kartof
Şirin kartof qəbul etməklə, saç tökülməsinin qarşısını asanlıqla almaq mümkündür. Tərkibində A vitamini olan şirin kartof saç və baş dərisi də daxil olmaqla, sağlam hüceyrələrin və toxumaların böyüməsinə yardım edir.
Günəbaxan tumu
Günəbaxan toxumlarında zülal, sink, selen, biotin, kalium, mis, dəmir, B vitaminləri, E vitamini, maqnezium və kalsium kimi saç tökülməsinin qarşısını alan bir çox maddələr var. Sağlam saçınızın olmasını istəyirsinizsə, gün ərzində bir ovuc çiy günəbaxan toxumu yeməyiniz məsləhət görülür.
İspanaq
Gözəl saçı olmasını istəyən hər kəs ispanağı gündəlik qida rasionundan əskik etməməlidir. Tərkibindəki antioksidan saç böyüməsi üçün vacibdir. Bundan əlavə B, C və E vitaminləri, kalium, kalsium, dəmir, maqnezium və omeqa-3 yağ turşuları da sağlam saşlar üçün vacib qida mənbəyidir.