Hər gün yumurta yemək zərərlidirmi?
Yumurta D, A, E, B12 vitamini və zülal mənbəyi olan vacib qidadır. Sağlam qidalanmanın əsasını təşkil edir. Lakin bəzi səbəblərdən yumurta bəzən qara siyahıya salınır . Hər gün mütəmadi yumurta yemək orqanizmə zərərlidir, yoxsa faydalı?
Azia.az xəbər verir ki, qidalanma üzrə mütəxəssis Şon Ollt yumurta yeməyin faydalarını açıqlayıb:
"Yumurtada zülal və yağın kombinasiyası, eləcə də onda B12 olması orqanizmə enerji ehtiyatı verir. Yumurta yedikdən sonra insan ən azı 3-4 saat enerjili olur. Bu da idmançılar üçün vacibdir. Yumurta insan orqanizminə ən uyğun qidadır. İmmun sistemə dəstək üçün lazımdır. O selenle zəngindir, bu da güclü antioksidantdır.
Yumurta sümük, əzələ, beyin üçün də lazımdır. Xolin və Omeqa 3 beynin fəaliyyəti üçün vacibdir.
Bir yumurtada sutkalıq B12 vitamini normasının 40% var.
Qanda B 12 azalması yaddaş pozulması. psixoz, depressiya, maniyaya səbəb olur. Psixi, ruhi sağlamlıq üçün də yumurta yeyilməlidir".
Çoxsaylı elmi tədqiqatlar göstərib ki, səhər yeməyinə yumurta yeyən adamlar daha gümrah, ağıllı, sakit, güclü olur, gec acıyır, gün ərzində enerjili olur.
Amma yumurtanı suda bişmiş və ya paşot formada (yəni suda qayğanaq formasında bişirməklə), yağsız, duzsuz yemək lazımdır.
Omleti bir az qaymaqla çala bilərsiz.
Yumurta damarlarda xolesterini artırmaq baxımdan zərərli ola bilər.
Lakin elmi araşdırmalar göstərib ki, yumurta pis yox, yaxşı xolesterini artırır.
Yumurta 70% hallarda xolesterinin səviyyəsinə təsir etmir.
Hələ dəqiq olaraq yumurtanın insanda ürək-damar xəstəlikləri yaratması barədə elmi sübut yoxdur. Yumurta artıq ürək-damar sistemi xəstə, damarları aterosklerozlu olanlara təsir edə bilər. O da 70% halda baş vermir.
Diabet və ürək xəstələri həftədə 4-5 ədəddən çox olmayaraq yağsız bişmiş yumurta yeyə bilərlər. Qalan sağlam insanlar gündə 1 ədəd yumurta yeməlidir.medicina.az