AST Telmanın videosu yayıldı: Görün kimdən nə xahiş edir
Hazırda Rusiyanın tələbi ilə saxlanılan Telman İsmayılovun sosial mediada bir dəqiqəlik videosu yayılıb.
Videodan aydın olur ki, Telman İsmayılov məhkəmənin gedişindən, həmçinin obyektiv aparılmayacağından narahatdır və hüquq mühafizə orqanlarına, eyni zamanda məhkəməyə müraciət edir, Kərimov soyadlı şəxsin məhkəməyə gətirilməsinin arzusunda olduğunu bildirir.
Musavat.com-un xatırladır ki, Çerkizovski bazarının keçmiş direktoru, AST Telman ləqəbi ilə tanınan Azərbaycanlı iş adamı Telman İsmayılov oktyabrın 2-də Monteneqroda saxlanılıb. Onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Son məlumatlara görə, onun Rusiyaya ekstrasiyası ilə bağlı hazırlıq gedir.
Musavat.com Telman İsmayılovun videosunu təqdim edir: