azia.az
azia.az

“Qaragöl ətrafının 90-95% -nə Azərbaycan ordusu nəzarət edir”- "Zanqezur TV"-VİDEO

22-07-2021, 12:43


Qaragöl ətrafındakı ərazilərin 90-95% -nə Azərbaycan Silahlı Qüvvələri tərəfindən nəzarət olunur.

Moderator.az xəbər verir ki, bu haqda qəsbkar Ermənistanın "Zanqezur TV" kanalının reportajında məlumat yayılıb.
“Qaragöl ətrafının 90-95% -nə Azərbaycan ordusu nəzarət edir”- "Zanqezur TV"-VİDEO
“2 aydan çoxdur ki, Ermənistan ərazisində olan Azərbaycan qoşunları artıq gölün yaxınlığında səngərlər qazıb, mühəndislik işləri aparıblar. Azərbaycan hərbçiləri yaxınlıqdakı Akner, Verişen, Xoznavar(Xəzinəvar-S.L.) kəndləri və Gorus şəhərini nişangah altında saxlayırlar”- erməni kanalının reportajında belə deyilir.

Xatırladaq ki, tarixən bütün Zəngəzur, Göyçə və s. əraziləri kimi Qaragöl də bütövlükdə Azərbaycana məxsus olub. Hətta sovet hakimiyyətinin Zəngəzuru Ermənistana bağışlamasından sonra da həmin göl Laçın rayonu ərazisində qalıb. Lakin sonradan digər sərhəd rayonlarında olduğu kimi, bu ərazi də Moskvanın təzyiqi və öz rəhbərlərimizin sadəlöhvlüyü sayəsində hissə-hissə Ermənistana verilib. Ancaq rəsmən Qaragöl daim Azərbaycan ərazisində olub və 1987-ci il noyabrın 17-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Qaragöl respublikalararası Dövlət Təbiət Qoruğu yaradılıb...

Qaragöl haqqında ətraflı məlumatla Moderator.az-ın təqdim etdiyi materialda tanış ola bilərsiniz(bax: //moderator.az/arasdirma/377067/lacindaki-qaragl-sovet-isalinadek-butvlukde-azerbaycanin-olub-arasdirma/).
video bu linkdədir:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi