azia.az
azia.az

Gənc istedadlar xüsusi təqaüdə layiq görüldü – SİYAHI

13-06-2016, 18:30

Gənc istedadlar xüsusi təqaüdə layiq görüldü – SİYAHI Prezident İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın president.az-a istinadən məlumata görə, sərəncama əsasən, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər:

Bağırov Emil Oqtay oğlu – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi
Əhmədzadə Emil Kinyaz oğlu – Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi
Eminzadə Emin Xəzər oğlu – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi
Hacızadə Suada Elxan qızı – Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi
Hüseynov Orxan İsa oğlu – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi
Hüseynzadə Lalə Natiq qızı – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi
Məcidov Elman Aydın oğlu – Hamburq Musiqi və Teatr Ali Məktəbinin tələbəsi
Omarlı Şükür Şəfi oğlu – Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi
Quliyev Ağarəhim Vaqif oğlu – Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdi
Səmədli Soltan Bayram oğlu – Azərbaycan Milli Konservatoriyasının tələbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi