azia.az
azia.az

Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru

Bu gün, 08:17

20 min tamştatlı müəllim kontingenti yaradılacaq və onlar sertifikasiya imtahanından azad ediləcək.

Xəbər verilir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin "Pressinq" verilişində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu prosesə 2027-ci ildən başlanılacaq.

Eşqi Bağırov qeyd edib ki, həmin müəllimlərin seçimi müəyyən meyarlar üzrə aparılacaq:

"İlk olaraq sertifikasiya imtahanlarında ən yüksək nəticə göstərmiş və bu işdə işləmək istəyən müəllimlərin seçimi nəzərdə tutulur", - o, bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi