azia.az
azia.az

Şagirdini zorlamaqda ittiham edilən müəllim saxlanıldı - Şamaxıda

14-05-2016, 18:23

Şagirdini zorlamaqda ittiham edilən müəllim saxlanıldı - Şamaxıda Şamaxı rayon Pirbəhli kənd orta məktəbində şagirdini zorlamaqda ittiham edilən müəllim Elnur İbrahimov saxlanılıb.

Bu barədə ANS TV-nin rayona ezam olunan əməkdaşı məlumat verib.
25 yaşlı Elnur İbrahimovun ailəlidir və 2 uşaq atasıdır. E.İbrahimovun Pirbəhli kənd orta məktəbində 4 ildir ki, işlədiyi bildirilir.

Rayonun Pirbəhli kənd məktəbinin 15 yaşlı 9-cu sinif şagirdi müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb, onun hamiləliyin artıq 7-ci ayında olduğu bildirilir. Məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına E.İbrahimovun mane olduğu bildirilir.

Məlumata görə, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı şagirdin bakirə olduğu haqda rəy verib. Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi