azia.az
azia.az

Bakıda 3 yaşlı körpənin DƏHŞƏTLİ ÖLÜMÜ: valideynləri yuxudaykən...

13-05-2016, 12:21

Bakıda 3 yaşlı körpənin DƏHŞƏTLİ ÖLÜMÜ: valideynləri yuxudaykən... Bu gün Bakı şəhərinin Nizami rayonunda baş vermiş dəhşətli hadisə ilə bağlı cinayət işi açılıb. Lent.az-ın məlumatına görə, 3 yaşlı İsa Vəliyevin Qara Qarayev prospektindəki çoxmərtəbəli binanın 12-ci mərtəbəsindən yıxılaraq ölməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb. Ölüm faktı ilə bağlı ekspertizalar təyin edilib, müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, yuxarıdakı maddə üzrə təqsirləndirilən şəxs iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
3 yaşlı İsa Vəliyev evin tək uşağı olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi