Müğənni Gülay Zeynallı həmkarı Şəbnəm Tovuzlu barədə atmacalı fikirlər söyləyib.
Məlumata görə, ötən həftələrdə “Xəzər axşamı” verilişinə qonaq olan Şəbnəm əynindəki geyimin 600 manata olduğunu bildirib. G.Zeynallı isə açıqlamasında onun qiymət haqda yalan dediyinə eyham vurub.
O, Tovuzlunun bahalı libasının düyməsinin efirdə qopmasına sarkazmla yanaşıb:
“600 manatlıq geyimin düyməsi qopar ki? Məncə, qırılmamalıdır. Yəqin, 60 manat demək istəyib”.