Şəbnəm Tovuzlu ilə bağlı şok məlumatlar yayıldı - müğənninin illərdir gizlətdiyi məşhur MƏMUR ƏRİ KİMDİR?
Maqazin aləminin gündəmindən düşməyən Şəbnəm Tovuzlu (Əsədova) tanınmış məmur ilə gizli kəbinlə ailə qurması ortaya çıxıb.
İxa.az xəbər verir ki, iddialara görə, ölkə mediasında Şəbnəm Tovuzlunun həm sponsoru, həm də uşağının atası kimi ad çıxaran Hacı ləqəbli bu məşhur məmurun paytaxt Bakıda tikinti biznesi və onlarla şirkəti var.
O həmin məmurdu ki, ölkədə böyük nüfuz sahibdir. Yeni iddialara görə onu Şəbnəm Tovuzlu ilə olan münasibəti illərə sökənir.
Belə ki, məlumata görə, həmin məmur Şəbnəm Tovuzlu ilə qeyri-rəsmi həyat yaşayır. Özü rəsmən boşanmış olsa da, Tovuzlu ilə rəsmi ailə həyatı qurmayıb.
Onları bir-birinə qanunla tanınmayan dini nikah bağlayır. Bu münasibətdən onların Əli adında övladları da var. Məşhur məmur Şəbnəmə yetərincə pul xərcləyir. O, Ş.Əsədovaya paytaxtda dəbdəbəli mənzil almaqla bərabər, həm də ona gizli şəkildə sponsorluq edir. Milyonluq sərvətə sahib məmur müğənni üçün 180 min manat dəyəri olan avtomobil, dəbdəbəli malikanə aldığı və övladı üçün bank hesabı açdırdığı da gəzən söz söhbətlər arasındadır.
Şəbnəm Tovuzlu uzun müddətdir uşağının atasını və sponsorunun kimliyini mediadan gizlədirdi. Müğənni özü də açıqlamalarında dəfələrlə bildirib ki, uşağının atası ölkənin biznes sahəsində tanınmış bir iş adamıdır, hacıdır və onunla dini kəbin kəsdirib. Məsələn, Ş.Tovuzlunun bu məsələ ilə bağlı verdiyi açıqlamalardan biri belədir:
"Sosial şəbəkədə yazırlar ki, "Şəbnəm xanım ailə dağıdır”. Mən heç kimin ailəsini dağıtmıram. Bunu hər kəs bilsin. Yoldaşımı şou-biznes nümayəndələri tanıyır. Yəni o özünü reklam etməyi sevmir. Həyat yoldaşım insanlara niyə maraqlı olmalıdır ki? Uşağımın atası yanımdadır. Mən boşanıb bir insanla ailə qurmuşam. O insan məndən 1 il əvvəl ayrılıb. Ailə dağıtmıram, şəxsi ailəmdir. Birinci ailəm alınmayıb. Düz gəlmədi, ayrıldıq. Bu insan da məni tanımadan bir il qabaq boşanıb. O demək deyil ki, boşanıb, ailəsinə baxmamalıdır. Övladlarına çox gözəl baxır. O məmur olduğu üçün gizli qalmasın istəyirəm. Yoxsa mətbuat əl çəkməz bizdən. Bununla yanaşı, mənim şəxsi həyatımın heç kimə dəxli yoxdur."