Xəbər verdiyimiz kimi, Tarzən Humay Qədimova Daxili İşlər Nazirliyinə videomüraciət ünvanlayıb.
AZXEBER.COM xəbər verir ki, Tarzən bu barədə öz "Instagram” profilində paylaşım edərək bildirib ki, sürücüsü Ekologiya Postu adlanan ərazidə Vüqar Cəbrayılov adlı polis inspektoru tərəfindən haqsız yerə saxlanılıb.
Polis inspektoru sürücünün içkili olmadığı halda, içkili olduğunu iddia edib, daha sonra ondan sənədlərini tələb edib. Humay Qədimova həm də qeyd edib ki, həmin inspektor avtomobilin qaytarılması üçün sürücüdən 3000 manat rüşvət istəyib.
AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Humay Qədimova bildirib ki, iş artıq Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır. O Azərbaycan polisinə təşəkkür edib.