azia.az
azia.az

Yaşar Nurinin qızı: "Dodaq boyası çəkdiyim üçün atam dünyanı dağıdırdı" - VİDEO

10-09-2022, 13:20

Yaşar Nurinin qızı: "Dodaq boyası çəkdiyim üçün atam dünyanı dağıdırdı" - VİDEO
"Atamın bircə baxışı, duruşu bizim üçün qanun idi. Onun bizə sözü olanda belə üzümüzə demirdi".

Azia.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər qonaq olduğu "O üz" verilişində deyib.


Sənətkarın qızı bildirib ki, atası onun illər əvvəl dodaq boyası çəkməsinə əsəbləşib:

"Mən 11-ci sinifi yeni bitirmişdim. Qırmızı dodaq boyası çəkdim. Həmin zaman qonaqlığa gedirdik. Elə qonaqlıqda başını mən tərfə qaldırıb, diqqətlə baxdı. Sonra isə anamın qulağına nəsə pıçıldadı. Anam mənə yaxınlaşıb dedi ki, dodaq boyasını silim".

Qeyd edək ki, Yaşar Nuri 2012-ci ildə uzun sürən xəstəlikdə dünyasını dəyişib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi