Xalq artisti: “Bizi “Azdrama”nın binasına buraxmırlar...”
![]()
Bu gün Xalq artisti Yaşar Nurinin 70 illik yubileyi keçiriləcək.
Bunu Azia.az-a açıqlamasında Xalq artisti Əli Nur deyib. Onun sözlərinə görə, yubiley mərasimi Fəxri Xiyabanda keçiriləcək:
"Yaşar elə-belə aktyor deyildi, onun 70 illik yubileyi mütləq qeyd olunmalıdır. Nəsə yada düşmürdü, həyat yoldaşı gedib Mədəniyyət Nazirliyində hay-haray salıb, ondan sonra göstəriş verilib. Yəqin ki, hay-küy düşməsəydi, narazılıq etməsəydi, Yaşar Nurinin yubileyi yada düşməyəcəkdi, pandemiyanı səbəb gətirəcəkdilər. Akademik Milli Dram Teatrının bütün kollektivi tədbirdə olacaq. Yəqin ki, orada başqa teatrların da aktyorları olacaq”.![]()
Aktyor bildirib ki, əgər pandemiya olmasaydı, Yaşar Nurinin 70 illik yubileyi təntənəli qeyd olunardı:
"Bizə "Azdrama”ya girməyə icazə vermirlər, bizi binaya buraxmırlar. Qəbrini ziyarət edib, ordan da dağılışıb gedəcəyik”.